- Nədənsə həmkarlarınızdan fərqli olaraq sənətdə aktivlik nümayiş etdirmirsiniz. Bu, nə ilə bağlıdır?
- Doğrudur, mən əvvəlki illərdə də bir o qədər aktiv olmamışam. Son aylar isə sənətimdə durğunluq yaşanır. Gündəmdə, səhnədə qala bilmirəm. Bunun da səbəbi vaxtilə birgə çalışdığım köməkçilərimin məni düzgün səmtə yönəltməməsindədir. (more…)

August 2nd, 2010
admin
Posted in
Tags:
Tanınmış brend olan Xırdalan pivəsi yayın qızmarında Bakı sakinlərinə yerli estrada ulduzlarının iştirakı ilə şəhər bayramını bəxş edir. Avqustun 8-də Şıxov qəsəbəsindəki “1001 Gecə” çimərliyində əsl pivə şəhərciyi açılacaq,
Müğənni Nura ilə Röyanın məclislərin birində mübahisə yaratdıqları və ünvanlarına xoşagəlməz fikirlər söylədiyi deyilir. Şou nümayəndələri arasında gəzən söhbətə görə, hər iki tərəf arasında insident Nuranın Zamiqin boşanması haqqında danışarkən,
İnsanlar kimi cəmiyyətlər də fərqlidir. Bəlkə də başqa ölkədə hansısa tanınmış insanı bu qədər tənqid edib səhvlərini göstərsək çalışıb səhvini düzəldər, hələ üstəlik adamdan bir üzr də istəyərdi. Amma bizdə elə deyil.
Bakının populyar əyləncə məkanlarından olan “Niaqara”da Azərbaycan şou-biznesinin tanınmış müğənnilərin iştirakıyla Xəzər TV-nin “Ulduzlu Xəzər” proqramının aparıcısı Lalə Əlimuxtarovanın “Space” TV-nin prodüsseri Cantiklə təntənəli nikah mərasimi keçirilib. Məkana faytonda gələn bəylə gəlini atlar müşayiət edib.
Röya və Zamiq Hüseynovun “Doğma Diyar” layihəsinin növbəti konserti dünən Göyçayda baş tutub. Konsertin media koordinatorunun verdiyi məlumata görə, Röya Bakıya Göyçay Rayon İcra Hakimiyyətinin başçısından narazı qayıdıb.
«Dəyirman» qrupunun üzvlərindən olan Miryusif ikinci solo mahnısını lentə yazdırıb.Bundan əvvəl «Soruş» adlı kompozisiya ilə solo ifasını təqdim edən reper, bu günlərdə ikinci mahnısını yazdırıb. Qrupla birlikdə daha çox sosial bəlalardan, ictimaiyyəti maraqlandıran mövzulardan oxuyan Miryusif solo mahnılarını sırf sevgi üzərində qurub.
Röya və Zamiq repertuarlarına yeni daxil etdikləri “Sevişiyoruz” duetlərinə klip çəkdirirlər. Sənətçilər klipin bəzi kadrlarını Qəbələ rayonunda lentə alıblar. Adıçəkilən mahnı türk mahnısıdır. Müəllifin adı isə anonim qeyd olunacaq. Klipin rejissoru Maildir. Klipin çəkilişləri hələ başa çatmayıb. Qeyd edək ki, sənətçilər dünən “Doğma diyar” turnesi çərçivəsində Qəbələdə konsert veriblər. Adıçəkilən duet məhz bu turne üçün hazırlanıb.
İyulun 12-si axşam saat 20:00-da Quba İdman Olimpiya Kompleksində Röya və Zamiqin konserti zamanı təhlükəsizlik məqsədi ilə əraziyə yerləşdirilən Daxili Qoşunların əsgərləri ilə konsertə gələn tamaşaçılar arasında əlbəyaxa dava olub.
Boşanma olayından qabaq Zamiqin həyat yoldaşının hamilə olduğu barədə məlumatlar yayıldı. Zamiq də mətbuatda bu barədə qısa da olsa açıqlama vermişdi ki, həqiqətən ata olmağa hazırlaşır. Boşanma məsələsi məbuatda yer alandan sonra, xəbər yayılıb ki, Zamiqin həyat yoldaşı Nigar xanım hamilə deyilmiş. 


















