Posts Tagged ‘faiq ağayev’

“Faiq Ağayevi bağışlasam, qızımın namusunu ayaqlar altına atmış olaram”

Uzun illərdir aralarında “düşmənçilik” hökm sürən xalq artistləri Faiq Ağayev və Flora Kərimova yenidən üz-üzə gəldilər. Artıq neçənci mərasimdir ki, Flora Kərimova mahnı ifa edən zaman Faiq Ağayev heç nə olmamış kimi qol qaldırıb oynayır.   (more…)

Lalə Əlimuxtarova ərə getdi

Bakının populyar əyləncə məkanlarından olan “Niaqara”da Azərbaycan şou-biznesinin tanınmış müğənnilərin iştirakıyla Xəzər TV-nin “Ulduzlu Xəzər” proqramının aparıcısı Lalə Əlimuxtarovanın “Space” TV-nin prodüsseri Cantiklə təntənəli nikah mərasimi  keçirilib. Məkana faytonda gələn bəylə gəlini atlar müşayiət edib. (more…)

Xalq artisti jurnalistləri eksklüziv mahnıları ilə təbrik edib

Xalq artisti Faiq Ağayev yeni mahnılar yazdırıb. Xalq artisti yeni mahnılarını eksklüziv olaraq milli mətbuatın yaradılmasının 135 illiyinə həsr olunmuş tədbirdə ifa edib. Xalq artistinin jurnalistlərin şərəfinə oxuduğu “Gərək” (sözlər – Rəşad, musiqi – Rəhim Rəhimli) və “Sevirəm bir dəfə” ( sözlər – Ülviyyə Alovlu, musiqi – Zamiq Qasımov ) mahnıları qələm əhlinin alqışları ilə qarşılanıb.

(more…)

Flora Kərimova: “Ailəmin üstündə ləkə qalmasına imkan verməyəcəyəm”

- Bu yaxınlarda müğənni Firuzə İbadova müsahibəsində Sizi hədəfə alıb. Sizcə, buna səbəb nədir?

- Mənim də bu barədə məlumatım var. Guya kiməsə paxıllıq edirəm. Elə Firuzə xanımın özündən soruşmaq lazımdır ki, nəyinə paxıllıq edirəm? Doğrusu, onun müsahibəsi məni çox təəccübləndirdi. İndi Firuzə xanımın çox kövrək vaxtıdır… Ona keçmiş olsun deyirəm. Darıxmasın, hər şey düzələr.

(more…)

Nadir Qafarzadə Faiq Ağayevlə barışdı

Nadir Qafarzadə xalq artisti Faiq Ağayevlə barışığa doğru addım atıb. Xalq artisti radioların birində qonaq olarkən Nadir Qafarzadə studiya ilə canlı bağlantı yaradıb və baş verənlər düşmən münasibətdə olan sənətçilərin barışdığını sübut edir.
(more…)

Teleaparıcı nişanlandı

Dünən şəhər restoranlarının birində “Xəzər TV”-nin yeganə maqazin proqramı olan “Ulduzlu xəzər” verilişinin müəllifi və aparıcısı Lalə Əlimuxtarova ilə rejissor, prodüser Cantik Abbasovun nişan mərasimi keçirildi. Olduqca şən-abu havada başlayan məclis açıq hava altında baş tutdu. (more…)

Flora Kərimova Faiq Ağayevin ekspertizaya göndərilməsini istədi

Dünən Səbayel Rayon Məhkəməsində Xalq artisti Faiq Ağayevin xüsusi ittiham qaydasında Xalq artisti Flora Kərimovaya qarşı qaldırdığı məhkəmə prosesisinin davamı oldu. Hakim Kəmalə Əmirxanovanın sədrliyi ilə keçən məhkəmə prosesi 2 saata yaxın davam edib. F.Ağayevin şikayətində Flora Kərimova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 148-ci maddələri ilə (təhqir və böhtan) ittiham olunurdu.

(more…)

Nahid Emiloğlu: “Faiq Ağayevin konsertini mən təxirə saldım”

Xalq artisti Faiq Ağayevin 6-9 iyun 2010-cu il tarixlərində Heydər Əliyev Sarayında keçirilməsi nəzərdə tutulan “F.A made in Azərbaycan” adlı solo konserti təxirə salınıb.

F.Ağayevin mətbuat xidmətinin məlumatında buna səbəb kimi, onu təşkil etməyə təşəbbüs göstərən MAB-ın rəhbəri, konsert təşkilatçısı Nahid Emiloğlunun “anlamsız fəaliyyətsizliyi, etinasızlığı və hazırlıqsızlığı” göstərilir.

(more…)

Faiq Ağayevin konserti təxirə salındı

Xalq artisti Faiq Ağayevin mətbuat xidməti KİV üçün xüsusi açıqlama yayıb. Açıqlamada deyilir:

Xalq Artisti Faiq Ağayevin 2010-cu il 6-9 iyun tarixlərində Heydər Əliyev Sarayında keçirilməsi nəzərdə tutulan “F.A made in Azərbaycan” solo konserti, onu təşkil etməyə israrla şəxsi təşəbbüs göstərən MAB-ın rəhbəri, konsert təşkilatçısı Nahid Emiloğlunun anlamsız fəaliyyətsizliyi, etinasızlığı və hazırsızlığı ucbatından təxirə salınır. (more…)

Xatirə konsert verməkdən qorxdu

Müğənni Xatirənin uzun aylardır hazırlaşdığı növbəti solo konserti bu həftənin sonuna kimi təşkil edilməli idi. Amma konsertə sayılı günlər qalanda, müğənni çıxış etməkdən vaz keçib. Bunun səbəbini açıqlayan müğənni bildirdi ki, (more…)

Rəhim Rəhimli:”Sən demə, Azərbaycanın yarısından çoxu oxuyandır”

(more…)

Faiq Ağayevin konsertinin tarixi yenə dəyişildi

Xalq artisti Faiq Ağayevin konsertinin tarixi yenə də dəyişdirildi. Xalq artistinin əvvəlcədən may ayına planlaşdırdığı konserti iyun ayına keçirilib.

(more…)

Səməd Səmədovun və Cəmilənin heca vəznindən xəbərsizliyi acı gülüş doğurdu

Əli Mirəliyev: “Hətta xalq artisti Faiq Ağayev də heca vəzninin nə olduğunu bilmir”

Şou-biznesdə və toy biznesində ad çıxaran, toylardan külli məbləğdə vəsait qazanan, böyük villalarda yaşayan, bahalı libaslar geyən, 100-200 min manatlıq avtomobil sürən müğənnilərin böyük əksəriyyətinin savadsız olduğu məlumdur.  (more…)

Elza Seyidcahan: «Əsl kişi elə «xoruz» olar də»

Müğənni Elza Seyidcahan müsahibə verib. (more…)

Bəstəkar Muxtar Abseynov müğənni oldu

Uzun zaman məşhur sənətçilərin mahnılarını aranjeman edən, onlara mahnı bəstələyən Muxtar Abseynov həm də müğənni kimi çalışmağa qərar verib. (more…)

Yalçın Rzazadə Rəhimi bəyənmir

Xalq artisti Yalçın Rzazadə Azərbaycan estradasının müasir ulduzlarının geyimini bəyənmir.  (more…)

Flora Kərimova: «Mən heç zaman özümü əsl qadın kimi hiss etməmişəm…»

Xalq Artisti Flora Kərimova İlhamə Quliyeva və Faiq Ağayevlə münasibətləri haqda danışıb. (more…)

«F.A Made in Azərbaycan»

Xalq Artisti Faiq Ağayev may konsertinə ciddi hazırlaşır. (more…)

Xalq Artistinin telefonu oğurlandı

Xalq Artisti Faiq Ağayevin telefonu oğurlanıb. (more…)

Rolandın da toyu olacaq

Tanınmış prodüsser Roland Bayramov da subaylığın daşını atmağa hazırlaşır. (more…)

Nəsibin toyuna kim gəlmədi?

Dünən tanınmış şoumen Nəsib Nurun toyu olub. (more…)

Faiq Ağayev dörd gün konsert verəcək

Azərbaycanın xalq artisti Faiq Ağayev bu ilin may ayında konsert verəcək. (more…)

100% F.A: “Sevilməli zamandır”

Xanım pərəstişkarlarına hər il sürprizlər edən Xalq Artisti Faiq Ağayev bu il də onları unutmayıb.

(more…)

“İlk uşaq sevgisi məni 4 yaşımda ”yaxaladı”…

Məlum olduğu kimi, Azərbaycanın Xalq Artisti Faiq Ağayevin show-biznes.az saytında forumun qonağı olacağını xəbər vermişdik. Bu xəbəri eşidən 100 % F.A. sevənlərin çoxsaylı suallarına saytımızın eletron poçtu dözmədi, amma sualların bir çoxu təkrarlandığına görə eyni məzmunlu sualların arasından ilk göndərilənini seçib təqdim etməli olduq və həmişə jurnalistlərə, eləcə də pərəstişkarlarına səmimi münasibətilə seçilən Faiq Ağayev bu dəfə də ona ünvanlanan çoxsaylı sualları cavablandırmaqdan yorulmadı. Xalq Artisti sualları cavablandırmamışdan qabaq bütün pərəstişkarlarına salamlarını və təşəkkürünü ifadə etdi:

(more…)

Şou, yoxsa sarı biznes?

Dünyanın qəribə işləri var. Dünən yuxu olan bu gün gerçəklikdir. Məsələn on il əvvəl heç kimin ağlına gəlməzdi ki, Azərbaycanda Bagira sözü bakirə sözünə sinonim olacaq, amma fələyin işinə bax ki, bu gün Bagiranın mətbuat katibi məhz bunu iddia edir. Hətta dediyinə görə, Bagira qardaşından çəkinirmiş, qardaşının xasiyyəti də ağır imiş. Qeyrətli olmaq belədir də, xasiyyəti götürmür, əsəbiləşir, bu yazıq da məcbur olub evdə uzun geyinir. Məncə hüquq müdafiə təşkilatları bununla bağlı ciddi məsələ qaldırmalıdırlar. Bir müğənni qardaşının qorxusundan evdə istədiyi kimi açıq-saçıq paltarda gəzə bilmir. Ortada bu boyda fakt var ikən necə laqeyd qalmaq olar axı? (more…)

Faiq Ağayev konsert verməkdən imtina etdi

Hər ilin sonunda ad günü ərəfəsində bir neçə günlük konsert proqramı ilə çıxış edən, 2007-ci il 07-12 yanvar tarixlərində Heydər Əliyev Sarayında 5 günlük solo konsert keçirməklə Azərbaycan şou-biznesində absolyut rekord imzalamış Xalq Artisti Faiq Ağayev, 2009-cu ilin sonunda konsert verməkdən imtina edib.
(more…)