Nadir Qafarzadə duet oxuyacaq

Vaxtilə rus şou-biznesinə qatıldığının peşimanlığını yaşayan müğənni Nadir Qafarzadə yeni layihəsini də məhz rusiyalı sənətçi ilə birlikdə təqdim edəcək. Onun  bildirdiyinə görə, Rusiyanın tanınmış sənətçilərindən olan Stas Pieha ilə duet oxuyacaq. Mahnı iki dövlətin dostluğunu tərənnüm edəcək.

“”Bakı-Moskva” adlanan mahnı rus dilində səsləndiriləcək. Amma burada bir Azərbayan kəlməsinin işlədilməsi nəzərdə tutulub ki, bu kəlmə də bir çox millətlərə tanış olan «Salam-əleyküm»dür»- müğənni deyib.
.
Nadir Qafarzadə bildirib ki, tezliklə mahnının efir versiyasını da hazırlamağı düşünürlər. Onun məlumatına görə, çəkilişlər həm Bakıda, həm də Moskvada aparılacaq: “Hələlik klipin rejissorunun kimliyi müəyyən edilməyib”./milli.az

You can leave a response, or trackback from your own site.

Şərhini yaz, fikrini bildir