Əfsanəvi “Boney M” qrupu Bakıda

Avqust ayının 28-də Bakıda 80-ci illərin məşhur “Boney M” qrupunun konserti olacaq. Təşkilatçıların verdiyi məlumata görə, qrup konsertdə əsas hitləri ilə yanaşı, yeni mahnılarını da ifa edəcək. Məlumata görə, qrupun paytaxtımıza tam heyətlə gələcəyi gözlənilir. Konsert “Studio 2 night club & resort” klubunda baş tutacaq.

Məlumat üçün bildirək ki, “Boney M” qrupu 1974-cü ildə Almaniyada prodüser Frenk Farian yaradıb. Qrup 4 ifaçıdan – Bobbi Farrel, Liz Mitçel, Marsia Barret və Klaudia Berridən ibarətdir. Karyeraları ərzində qrupun “Ma Baker”, “Felicidad”, “Rasputin”, “Daddy Cool”, “Sunny” və “Holiday” kimi hitləri olub. 1986-ci ildə qrupun dağıldığı açıqlansa da, 89-cu ilə kimi onlar bir yerdə çıxış edirdilər. 2007-ci ildə isə qrup üzvləri yenidən bir araya gələrək, pərəstişkarlarını sevindirdilər.  /milli.az

You can leave a response, or trackback from your own site.

Şərhini yaz, fikrini bildir