“Faiq Ağayevi bağışlasam, qızımın namusunu ayaqlar altına atmış olaram”

Uzun illərdir aralarında “düşmənçilik” hökm sürən xalq artistləri Faiq Ağayev və Flora Kərimova yenidən üz-üzə gəldilər. Artıq neçənci mərasimdir ki, Flora Kərimova mahnı ifa edən zaman Faiq Ağayev heç nə olmamış kimi qol qaldırıb oynayır.   Flora Kərimova  buna münasibət  bildirərkən  emosiyalarını cilovlaya bilməyib və kəskin açıqlama verib: “Faiq Ağayev mən oxuyanda rəqs edir. Bu hal son zaman daha tez-tez baş verir. Bunun da bir səbəbi var, o, mənimlə barışmaq istəyir. Bunu özü də etiraf edib. Faiq bu etirafı mənim özümə olmasa da, çox yaxın dostuma deyib. Ancaq mən heç vaxt onunla barışmaram. Bir çoxları deyir ki, ikiniz də xalq artistisiniz, barışın! Amma heç vaxt! Bu mümkünsüzdür! O bəlkə də “xalq artisti” ola bilər, amma  xalqın artisti heç vaxt ola bilməz. Faiq nə qədər yalanlar danışıb. İndi mənimlə barışmaq istəyir? Niyə? O, məni söyəndə, yalanlar danışıb, şər atanda düşünərdi də. Mən ona heç nəyi bağışlamayacağam. Onun mənə dediyi sözləri necə keçə bilərəm? Faiq mənə hər sözü deyib. Qulağım nələr eşitmədi. Mən daha heç nədən utanmıram. Mənim 70 yaşım var. Faiq Ağayevi bağışlasam, qızımın namusunu ayaqlar altına atmış olaram. Mən sulardan, odlardan keçdim, öhdəmdən gələn olmadı. Faiq, sən də gələ bilməyəcəksən. Mən nə qədər əziyyət çəkmişəm, amma alnıaçıq yaşamışam”- deyə o, bildirib.

“Cənab qızıl şlyager ” Faiq Ağayev isə məsələyə sakit bir tərzdə münasibət bildirib: “Karın könlündəki” məsələsi. Mən kiminlə, harada, hansı musiqi sədaları altında rəqs etməkdə ixtiyar sahibiyəm. Heç kim buna öz mənafelərinə uyğun, onu qane edəcək, bir sözlə, öz xeyrinə görə don geyindirməsin. Gülüncdür! Mən zəif insan deyiləm ki, kimisə özümdən güclü hesab edib, qorxudan “yaltaqlıq” edim”./milli.az

You can leave a response, or trackback from your own site.

Şərhini yaz, fikrini bildir