Nura: “Tolik aravurandır”

Müğənni Nura ilə Röyanın məclislərin birində mübahisə yaratdıqları və ünvanlarına xoşagəlməz fikirlər söylədiyi deyilir. Şou nümayəndələri arasında gəzən söhbətə görə, hər iki tərəf arasında insident Nuranın Zamiqin boşanması haqqında danışarkən, müğənninin ətrafındakıları günahlandırması olub. Bu söz isə son həftələr Zamiqlə turnelərdə olan və onun yaxın dostu sayılan Röyanı bərk əsəbləşdirib. Onun Nuranı acılamasının bu səbəbdən qaynaqlandığı bildirilir.

Nura Röya ilə münasibətinin pozulmadığını bildirsə də, xəbərin haradan qaynaqlandığını açıq şəkildə söylədi. «Bilirəm ki, bu söhbətlərə Tolik səbəb olub. O, Röya ilə barışan kimi kiminləsə onun arasını vurmağa çalışır. Bu dəfə hədəf mən seçilmişəm. Röya ilə münasibətlərimiz normal olduğu halda, bizim aramızda insident yarandığı xəbərləri dolaşır. Bu onun taktikasdır»- deyə müğənni bildirdi.

Həmkarlarının onun arxasınca min söz danışdığını bildirən Nura bunları bildiyi halda susur. «Bir məclisə gedirəm. Üzümə gülüb, arxamca min söz danışırlar. Bunların hamısı qulağıma çatsa da, əhəmiyət vermirəm. Üzlərinə qarşı demirəm ki, «mənim haqqımda danışdığın o qədər söhbət bilirəm ki?». Mən vaxtımı həmin insanların uydurmalarına deyil, övladlarıma və yaradıcılığıma ayırıram» – deyə Nura bildirdi./milli.az

You can leave a response, or trackback from your own site.

Şərhini yaz, fikrini bildir