Əli Mirəliyev: «Brilyant Dadaşova oxuyandı bəyəm?»

«Onun ifasını qətiyyən bəyənmirəm, uşaq səsiylə oxuyur»

Sənət aləmində daha çox qalmaqalları və atmacaları ilə yadda qalan ifaçı Əli Mirəliyev şou-biznes aləmində baş verənlərdən danışdı. Heç bir fəxri adı olmamasından şikayətlənən sənətçi Milli.Az xəbər portalının müxbiri ilə söhbətində toya gedən müğənnilərin ifasını bəyənməməsindən danışdı:  Toylarda mən də oxuyurdum. Gülağa Məmmədov, Şövkət Ələkbərova, Hüseynağa Hadıyev, Yalçın Rzazadə də oxuyurdu. Amma baxır ki, toyda nə oxuyurdun. Söhbət səviyyədən gedir… Zavodda, fabrikdə fəhlələr qarşısında da konsertlər verilməlidir. Amma indiki oxuyanlar neyləyiblər? Efirə çıxıb, paltarlarını, evlərini, maşınlarını göstəriblər, bununla da xalq artisti olublar».

“Efiri pulla ələ alan müğənnilər musiqimizi ucuzlaşdırdı”

Əli Mirəliyev deyir ki, istedadının olub-olmamasından asılı olmayaraq, ifaçıların, az qala təsadüfi adamların da pul ödəmək müqabilində efirə çıxması, populyarlaşması müğənnilik sənətini zirvədən endirib adiləşdirdi.

«Efiri pulla əlinə alan müğənnilər musiqimizi ucuzlaşdırdı, tapdaladı» – deyən sənətçi «Bundan sonra musiqimiz dirçələn deyil»- söyləyir: «Pakistan, ərəb, gürcü ladlı musiqilər bizi uçuruma aparıb. Bu musiqi ilə Xırdalandan o yana çıxa bilmərik. Bu gün Rəqsanəyə, Baloğlan Əşrəfova, Eyyub Yaqubova, Ədalətə, ona-buna qulaq asırlar».

Müğənni bəzi xalq artistlərinin ünvanına da tənqidlərini yağdırmaqdan çəkinmədi: «Hətta xalq artisti adını alanlar belə səhnəyə yaxın gəlmirlər. Brilyant bizim yanımızda kimdir, haranın oxuyanıdır? Brilyant oxuyandı bəyəm? Mən onun ifasını qətiyyən bəyənmirəm. Brilyantın səsi uşaq səsinə oxşayır. Geydirmə səslə oxumaq olar? Onun səsində Elmira Rəhimovanın səsi kimi məlahət yoxdur. Brilyantı toylara mən aparmışam. Orada-burada oxuyub…»./milli.az

You can leave a response, or trackback from your own site.

Şərhini yaz, fikrini bildir