Maestro Ceyhun özünü müğənnilərdən üstün sayır

Maestro ləqəbi ilə tanıdığımız skripka ifaçısı Ceyhun müğənniləri qıcıqlandıra biləcək açıqlama verib. O, bildirib ki, skripka ifaçısı müğənnidən yüksəkdə durur. «Əvvəla qeyd edim ki, skripkanın ifası padşahlara layiq, sarayları bəzəyən bir musiqidir. Ona görə də, bu alətin ifaçılarının yeri hər zaman yüksəkdədir, hətta müğənnilərdən də yüksəkdə!» – deyə o, bildirdi.

Söhbətinin davamında Ceyhundan Azərbaycanda bu gün skripkanın mahir ifaçısının kim olduğu ilə maraqlandıq. Xeyli tərəddüdən sonra ad çəkən musiqiçi özünü misal çəkdi. «Vaxtilə milli musiqiləri Kazbek Əliyev ifa edib. Bu gün isə skripkaçı deyəndə, birinci mən yada düşürəm. Baxmayaraq ki, bu sahədə çalışan musiqiçilər çoxdur. Amma çoxunun dəsti-xətti hiss olunmur. Ona görə də, uzunmüddətli yadda qala bilmirlər» – deyə skripkaçı Ceyhun bildirdi./milli.az

You can leave a response, or trackback from your own site.

Şərhini yaz, fikrini bildir