Aygün Kazımova ilə Namiq Qaraçuxurlunun münasibətləri barəsində zaman-zaman müxtəlif xəbərlər dolaşsa da, tərəflər həmişə birlikdə olduqlarını göstərən görüntülərlə tamaşaçı qarşısına çıxıblar.
Amma insanları ayrılıq xəbərinə inandıran fikirlər bu dəfə xalq artisti Aygün Kazımovanın özündən gəldi. Ötən gün «Çal-çağır» verilişinin mövsüm bağlanışında qonaq olan Aygün xanım teleaparıcı Dilarə xanımın «Namiqlə ayrıldığınız xəbəri dolaşır» sualını «od olmasa, tüstü çıxmaz» fikri ilə cavablandırıb. Veriliş boyu Aygün xanımın replikalarından bu fikir başqa formada da təsdiqinə yaxınlaşırdı. Aşıq Tellinin Aygünü tərifnaməsindən sonra müğənninin «Namiqi sənə bağışladım, götür apar» kimi ifadələri də diqqətdən qaçmırdı. Cütlüyün son aylar ayrı-ayrı görünməsi də əvvəlki bərabərlikdən xəbər vermir.
Ayrılıq xəbərinə Namiqin fikrini öyrənmək məqsədi ilə ona telefon açdıq: «Əvvəlcə Aygünün işlətdiyi sözləri efir şıltaqlığı adlandıran Namiqin bu mövzuda danışmaq istəmədiyi diqqətdən yayınmırdı. «Hər şeyin əvvəli olduğu kimi, sonu da olmalıdır» kimi ifadə işlədən Namiq bunu sırf Aygünlə münasibətlərinə bağlamaq istəmədi: «Bizim ayrıldığımız barədə tez-tez söhbətlər dolaşıb. Amma bizim birlikdə görünməyimiz bu cür xəbərləri alt-üst edir. Sadəcə, bizim yaradıcı insan olduğumuzu nəzərə almayan insanlar, hər zaman ayrıldığımızı güman edirlər».
Aygün xanımın fikrinin həqiqətən də efir şıltaqlığı olub-olmadığını öyrənmək üçün xalq artistindən də mövqe öyrənməyə çalışdıq. Amma onun fikri konkret oldu: «Mən sözümü efirdən dedim. Yəni, bundan kənarda heç nə danışmaq istəmirəm» – deyən Aygün xanımın «od olmasa, tüstü çıxmaz» prinsipini boş yerə söyləmədiyi təsdiqini tapdı./milli.az

July 26th, 2010
admin
Posted in
Tags: 



















