Zamiq Türkiyənin məşhur müğənni və bəstəkarı Selami Şahinlə görüşüb və ondan yeni bəstə alıb. Müğənninin bildirdiyinə görə, bir müddət əvvəl tədbirlərin birində təsadüfi görüş nəticəsində tanış olan sənətçilərin yaxın dostluq münasibəti yaranıb.
«Türkiyəyə yeni bəstəni almaq üçün getmişdim. Selami bəy «Sənsiz sabah olmuyor» adlı yeni musiqsini məhz mənim ifam üçün yazdığını bildirdi. Qeyd edim ki, türk sənətçisi bu günə qədər Bakının qonağı olmayıb. Bu əməkdaşlıqdan sonra onu ilk dəfə Bakıya gətirməyi düşünürəm. Söhbətimizdə o, bu təklifi məmnuniyyətlə qəbul etdiyini söylədi» – deyən Zamiq oxuyacağı yeni ı türk bəstəsinin arabesk üslubunda olduğunu bildirdi./milli.az

July 26th, 2010
admin
Posted in
Tags: 



















