İyulun 30-u Bakıdakı “Studio 2 Bavarius” klubunda dünyanın ən məşhur reperi Tupak Şakura həsr olunmuş gecə keçiriləcək. Bu barədə gecənin təşkilatçıları tərəfindən məlumat verilib. Tədbirdə Tupakın mahnıları səsləndiriləcək və həyatı haqqında maraqlı məlumatlar veriləcək.
Qeyd edək ki, Tupak Şakur 1971-ci il iyunun 16-da Nyu-Yorkda anadan olub. O, qanqsta-repin ən görkəmli ulduzlarından biri hesab olunur. Reperlikdən əlavə, aktyor kimi də özünü sınayan Tupak 6 filmə çəkilərək, 2 “Qremmi” mükafatı qazanmışdır. Tupak 1996-cı il sentyabrın 13-də boksçu Mayk Taysonun Las-Veqasdakı çıxışından evə qayıdan zaman güllələnəək, qətlə yetirilmişdir. Reperin ölüm günü hər il milyonlarla pərəstişkarları tərəfindən yad edilir./milli.az

July 26th, 2010
admin
Posted in
Tags: 



















