Show-Bİznes.az

Röyanın prodüsseri işdən uzaqlaşdırıldı
Röyanın prodüsseri Kənan işdən uzaqlaşdırılıb. Uzun müddətdir müğənni ilə birgə işləyən və onun böyük layihələrini reallaşdıran prodüseri Kənan Əliyevin artıq Röya ilə işbirliyinə son qoyulub.  Deyilənə görə, Kənanla Röya arasında inciklik yaranıb və prodüser müğənni ilə işbirliyinə son qoyub. Hətta prodüser “Doğma diyar” layihəsinin son bir neçə konsertində də iştirak etməyib. Müğənninin yaxın ətrafı isə bu xəbəri gizlədir. K.Əliyevlə telefon əlaqəsi yaratmaq, xəbərləri dəqiqləşdirmək mümkün deyil.  Bu isə başqa xəbərlərin də yayılmasına səbəb olur. Belə ki, başqa bir mənbənin verdiyi məlumata görə, Kənanın Röyanın həyat yoldaşı Anar Əliyev özü işdən uzaqlaşdırıb.  Qarşı tərəfin hər hansı açıqlaması olarsa işıqlandırmağa hazırıq.

Aygün Kazımova:”Namiqə görə yüksək təbəqəli insanlardan imtina etdim”
Bir zamanlar qeyri-adi yenilikləri ilə estradada birinciliyi əldə saxlayan müğənni Aygün Kazımova həmkarı Namiq Qaraçuxurlu ilə duetlər oxuyandan sonra onların ifasından çox sevgi münasibətləri barəsində deyilənlər hər iki tərəfin yaradıcılığını arxa planda qoymuşdu. Onların ayrılacağı söylənirdi. Aygün Kazımova bunu nəhayət ki, etiraf edib.

Müğənni müsahibəsində Namiqlə aralarında yaşanan sevgi macərasının bitdiyini də elan edib. “Mənə elə gəlir ki, bizim ikimiz də əlaqələrimizdən yorulduq. Biz öz yaradıcılığımızı bir-birimizə qurban verirdik” – deyən Aygün bu “qurban”a görə itirdiklərindən də danışıb: “Namiq çox yaxşı insandır və mən onun dostu olaraq qalacam. Amma heyfsilənirəm ki, mən Namiqə görə yüksək təbəqəli insanlardan da imtina etdim. Əlbəttə, əvvəllər bununla barışa bilməsəm də mən indi başa düşürəm ki, kimlərisə və nələrisə itirsəm də Namiqin yanında bir çox şeyləri qazanmışam. Və mən bunu mənə problem yaradacağını bilə-bilə edirdim. Çünki onların əvəzinə məndə sevgi var idi. Bir qadın kimi mən pulla alınmayacaq və həyatımda heç vaxt yaşamadığım bir sevgi yaşadım. Bircə şey məni üzürdü: o da ki pərəstişkarlarımın mənim başqa Aygün olduğumu deməkləri idi. Hətta sevdiyim insanın yanında ola-ola mən özümü səhnədən uzaqlaşmış hiss edirdim. Elə bil ki, o, məni dünyadan təcrid etmişdi. Ola bilər ki, biz əvvəl də ayrıla bilərdik, amma içimizdə bunu özümüzə və başqalarına etiraf etməklə bağlı bir qorxu vardı. Buna baxmayaraq, biz səhnə yoldaşı kimi qaldıq. İndi mənim arzum var ki, yaşayam və ümidlə gözləyirəm ki, mənim yeni sevgim olacaq. Bu haqda mənə Zirəddin Rzayev və Qalina Bağırova da demişdi. Mən hiss edirəm ki, yenə də özümə vuruluram”.

Namiq Qaraçuxurlu isə keçmiş sevgilisi ilə hazırda aralarında yaşananları yeni layihə kimi dəyərləndirib: “Mən tərəfdən heç bir soyuqluq olmayıb. Bilirsiniz ki, mən həmişə mətbuata bu barədə qapalı qalmağın tərəfdarı olmuşam. Yalnız onu deyə bilərəm ki, o, ürəyimdə dost kimi qalacaq. Ola bilər ki, onun dediklərindən sonra kimlərsə müğənni həmkarım barədə pis fikirlər söyləmək düşüncəsində olacaq. Amma qabaqcadan deyirəm ki, buna ehtiyac yoxdur. Mənə elə gəlir ki, ürəyimdə Aygünlə yarımçıq heç nəyimiz qalmayıb. Bizim aramızdakı indiki ayrılıq mənə pis təsir göstərməyəcək, əksinə, bu, yeni layihə kimi bir şeydir. Çünki insanlar bizim ifamıza tam başqa cür baxacaqlar. Mən nə oxusam, insanlar düşünəcək ki, ona həsr etmişəm. O nə oxusa, insanlar orada məni axtaracaqlar. Bu isə öz-özlüyündə ”raskrutka” kimi bir şeydir”.

Bəlkə elə “bu yeni layihə” də Azərbaycan şou-biznesində performans və ssenarilər üzrə birinciliyi əldən verməyən Aygün Kazımovanın yeni ideyasıdır.

Əlixan Səmədov:”Artıq bütün düşüncələrim musiqi ilə bağlıdır”
- Bir dönəm sıx-sıx Azərbaycana gəlib-gedirdiniz. Sizi televiziya kanallarımızda da tez-tez görmək olurdu. Son vaxtlar ya biz az görürük, ya da gəlib-getmirsiniz.

- Bilirsiniz, bir müddət əvvəl Bakıda konsertə hazırlaşırdım, çox gözəl hazırlanmışdım. Bütün işlərimi planlamışdım. O aralarda heç bir ölkəyə də söz verməmişdim. Azərbaycanda təşkil olunan konserti ləğv etmək məcburiyyətində qaldım.

- Konserti təxirə salmaq qərarı Sizin tərəfdən oldu, yoxsa təşkilatçının səriştəsizliyi bu zərurəti yaratdı?

- Hiss etdim ki, yalan danışırlar. İstəmədim gəlib Bakıda biabır olum. Yeni diskim çıxsın, ondan sonra konsert turları başlayacaq. Albomumu tanıdacam. Bir albomda iki disk olacaq. Bir diskdə çoxsəsli balaban müşayiəti var, tələbələrimlə çaldım. Digərində yeni bəstələrim var. Bu albom istəyirəm ki, bütün dünyada dəyişik dillərdə çıxsın. Uyğun firmalarla danışıqlara cəhd edirəm. İstəyirəm Azərbaycanda Azərbaycan dilində, Rusiyada rus dilində, hər ölkədə yerli dildə albomlarımın təqdimatı olsun.

- Azərbaycanda instrumental ifaçıların tanınması səs sənətçiləri ilə müqayisədə daha çətindir. Türkiyədə bu cəhətdən deyəsən musiqiçilər daha şanslıdırlar. Necə düşünürsünüz, orda populyarlıq qazanmağınıza nə vəsilə oldu?

- Bilirsiniz, gözəl musiqi harada olursanız olun, tez çatır. Bu, qabiliyyət məsələsidir. İndiyədək heç kim mənə köməklik etmədi. Hər şeyi qabiliyyətimlə əldə etdim.

- Necə oldu ki, bu qədər diqqəti qazandınız? Bəlkə bir az əvvələ qayıdaq?

- Mən Sumqayıtda doğuldum, böyüdüm. Onda toylar bir az akademik səviyyədə idi. Toylarda bir çox musiqi alətlərində çalırdım. Hər mahnını müxtəlif musiqi alətində ifa edirdim. Əslində orda da çox populyar idim. Lakin toylarda deyil, səhnədə populyar olmaq istəyirdim. Rəqs kollektivində çalışdım, xarici ölkələrə konsertlərə getdim. Hər dəfə hiss edirdim ki, insanlara daha çox təsir edir. Türkiyəyə gələndə isə çox xoşuma gəldi. Elə bildim ki, illərdi burda yaşamışam. Dünyanın hər yerində oldum, bu qədər doğma millət görmədim. Fikirləşdim ki, Azərbaycanı daha yaxınlaşdırmaq üçün ən yaxşı yerdi. Burda mənə çox firmadan təklif gəldi. Ən sonda qərar verdim. İlk albomu çıxaranda Amerikadan, Fransadan, Rusiyadan dostlarım zəng etdilər ki, səni dinləyirik. Dünyaya yayıldığını görəndə daha çox məsuliyyət hiss etdim. İndi Allah qismət etsə, səkkizinci albomum çıxacaq. Hər albom o birilərindən daha gözəl olmalıdır. Belə istəyirəm. Hər gün məktub alıram.

- Etiraf edin ki, türk sənətçiləri ilə əməkdaşlıq da sizə az xeyir gətirmədi. Zaman-zaman türk sənətçiləri ilə birlikdə süjetlərinizi gördük. Bu da sizə populyarlıq gətirdi.

- Yox, maqazin proqramlarında heç vaxt görünmədim. Qəbul etmirəm…

- Misal üçün, sizin Sibel Canla əməkdaşlığınız maqazin süjetlərindən sonra tamaşaçılara məlum oldu. Düşünürəm ki, bu, təbliğatınızı daha da gücləndirdi.

- Doğrudur, xəbər adına, təbliğat adına mənə müsbət gətirdi. Lakin heç nə elə-belə olmur. Türkiyədə sənətçilərin birgə əməkdaşlığı normaldır, onlar uğurlu işə imza atmaq üçün əməkdaşlığa meyl edirlər.

- Siz uğurlarınızı daha çox istedadla bağladınız. Onun xaricində Sizə kömək edən dostlarınız oldumu?

- Türkiyədə dostlarım çoxdur. Burda dostlar, dostluq başqadır. Kitab çıxardım, fotoqraf dostluq adına, təmənnasız yardım etdi. Burda belə bir şey var. Biz də edirik, yığıncaq olanda pulsuz gedirik. Heç məclisdə ifa etməsəm də gəlişimdən qürur duyurlar, bax belə dostlarım gəldi, var, deyirlər! İndi dincəldiyim otelin sahibi dostumdur, dedi “getmə, qal tətil et”. Fransadan qonaqlarım gəlmişdi, digər dostlarım indi mən burda olduğum üçün Fransadan gələn dostlarıma qulluq edirlər…

- Bildiyimə görə ailə qurduğunuz xanım türkdür.

- Yox mən ailə qurmamışam, sadəcə dost həyatı yaşayıram. Bu sirləri əslində paylaşmaq istəmirəm, rəsmi evli deyiləm. Evli olduğum insan var idi, indi təkəm. Burda belə şey yoxdur. Hər kəs özün istədiyi kimi yaşayır. Nə bilim… Belə oldu… Artıq bütün düşüncələrim musiqi ilə bağlıdır.

- Qismət də nəyi göstərəcək, bilinmir. Bilmək olmaz bəlkə sizin toy xəbərinizi yazdıq. Deyilmi?

- Nə bilim. Bu məsuliyyətidir.

- Hə, belə çıxır ki, musiqinin məsuliyyəti daha asandır?…

- Yox, musiqi daha çətindir. Vaxt ayırmaq lazımdır evliliyə. Nə bilim… Allah böyükdür! Gələcəkdə nə olacaq, heç kimsə deyə bilməz…

- Azərbaycan adına gələcəkdə planlarınız var? İstedadlı gənc azərbaycanlıları tanıtmaq kimi bir layihə, nə bilim, ağlınızdan nə keçirsə o…

- İnanın, bura gələn azərbaycanlılara, mənə zəng edənlərə əlimdən gələni etmişəm. Milyonlarla insan var burda, istedadın, sənətin varsa, insanlara təsir edə bilirsənsə, heç reklama ehtiyac yoxdur. Burada populyar olan mahnı Azərbaycanda getməz. Mən buranın havasını bilirəm. Azərbaycan ladları ilə türk ladlarını qarışdırıb, bir az da onların sevdiyi kimi təqdim edirəm.

- Fakt faktlığında qalır ki, türklər Azərbaycan musiqi alətlərinə, musiqimizə meyllidirlər. Bəlkə də sizin uğurunuz istedadla bərabər onların zövqü, istəyi ilə də bağlıdır?

- Düzdü. Onların Qızıl Fonduna daxil olan Azərbaycan mahnıları var. Elə Azərbaycan sənətçilərimiz var ki, mahnılarımızı Türkiyədə öyrəndi. Deyirlər, mən bu mahnını eşitməmişdim, burda öyrəndim. İnstrumental musiqiləri çox yazdırdım. Sibel Cana mahnımı verəndə daha çox populyar olar, nəinki bizimki gəlib burda oxusa… Fərq var da istər-istəməz.

- Belə təkliflər olur?

- Əlbəttə, çox olur.

- Bir dönəm Nadir Qafarzadə sizin mahnınızı oxudu, deyəsən.

- Hə, o internet ünvanıma məktub yolladı, “mahnınızı oxumaq istəyirəm” dedi. O mahnını – “Harada qaldın”ı Ziynət Sali və Lara oxumuşdu, Yaşar Nuri də sevir…

- Hansı istəyinizə çata bilməmisiz?

- Hara gedirəmsə, hansı ölkədə oluramsa, olum, balaban musiqisinin səsi gəlsin./lent.az

Tarkan Bakıya gəlir
Tarkan Azərbaycana gəlir. Konsertin təşkili ilə birbaşa əlaqəsi olan şəxsin verdiyi məlumata görə, meqastar fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Taleh Heydərovun seçki kampaniyasında iştirak etmək üçün gətirilir. Şəxsin sözlərinə görə, konsertin Qəbələ şəhərində reallaşacağı, həmçinin müğənninin məşhur “Səndən nigaranam” mahnısını ilk dəfə orada ifa edəcəyi planlaşdırılıb.

T.Heydərovun deputatlığa namizədliyini verib-verməyəcəyi haqda dəqiq məlumat olmadığından var.az deyilənlərlə bağlı kiçik bir araşdırma apardı. Bəlli oldu ki, son albomu “Adımı kalbine yaz” ilə səssizliyinə son qoyan Tarkanın Azərbaycana səfəri dəqiqləşib. O, həmişə olduğu kimi, bu dəfə də “SƏS organization” şirkətinin  təşkilatçılığı ilə gətirilir. Şirkətin rəhbəri Nahid Emiloğlunun  açıqlamasına görə, konsert oktyabrın ilk ongünlüyündə Heydər Əliyev adına Sarayda olacaq: “Tarkanla danışıqlar hələ də davam etdiyi üçün dəqiq vaxt və qiymət bilinmir”. N.Emiloğlunun sözlərinə görə, Tarkan konsertdə sözləri Baba Vəziroğluna, musiqisi Kamala məxsus olan “Səndən nigaranam” mahnısını oxuyacaq.

Konsertin Qəbələdə keçirilməsinə gəlincə, təşkilatçı konsertin yalnız Bakıda keçiriləcəyini bildirib. Konsertin dekorasiya işlərini təşkil edən “Sound Geek” şirkətindən verilən informasiyaya görə isə, Tarkan oktyabrın 2-3-də Bakıya gələcək. Əvvəlcə hansısa bölgədə açıq hava konserti nəzərdə tutulub, sonradan təxirə salınıb. Şirkət dekorasiya işi üçün artıq sifariş alsa da, konsertin dəqiq harada baş tutacağını bilmir. Onlara məkan olaraq Heydər Əliyev adına Saray və “Buta palace”nin nəzərdə tutulduğu deyilib./Var.az

“Gənc ifaçılara dəstək olaq” adlı konsert keçiriləcək
Heydər Əliyev Sarayında sentyabr ayının 28-də Əməkdar artist Aybəniz Haşımovanın təşkilatçılığı ilə “Gənc ifaçılara dəstək olaq” adlı konsert keçiriləcək. Əməkdar artistin  verdiyi məlumata görə, ona bu təklif məhz saray tərəfindən edilib: “Heydər Əliyev Sarayı tərəfindən ayda bir dəfə gənc istedadların silsilə konsertlərini təşkil etmək təklifi aldım. Mən də yaradıcılığımın bir hissəsini pedaqoji fəaliyyətə həsr etmiş sənətkar kimi bu layihəyə canla-başla razılıq verdim”.

Müğənni konsertdə çıxış edəcək isdedadlı gənclərin, eləcə də repertuarın seçilməsində birbaşa özü iştirak edib. A. Haşımovanın sözlərinə görə, layihədə yalnız peşəkar ifalar, musiqilər yer alacaq. “Siz hansı gənc müğənniləri dəvət etdiyimi görsəniz, şok olacaqsınız. Ola bilsin, bu layihədə təqdim edəcəyimiz gənclərin adları tamaşaçıya çox şey deməsin. Amma əminəm ki, özünə güvənən, gecə-gündüz efirlərdən düşməyən bir çox populyar müğənnilər onlardan çox şey öyrənməlidirlər”, deyə əməkdar artist qeyd edib.

Aybəniz Haşımova “Gənc istedadlara dəstək olaq” layihəsinin eyni zamanda musiqi rəhbəri və aparıcısıdır. Müğənninin sözlərinə görə, artıq əsas məşlər bitib, son məşqlər gedir.  Qeyd edək ki, konsertdə Tural Salmanov, Aygün İsmayılova, Azad Şabanov, Çingiz Mustafayev, Aida Əliyeva, Mirkamil Kamilov, Mehin Hümbətova, Müşviq Əliyev, Səbinə Ərəbli, İlham Nəcəfov, Ülviyyə Novruzova, Valeh İsrafilov, Kamil Cəfərov, Emil Bədəlov, Nicat Həsənov, Aytən Mehdiyeva, İlahə Vəliməmədova və Aynişan Quliyeva iştirak edəcəklər.

Layihənin özəlliklərindən biri də bütün ifaçıların konsertin əvvəlindən axırınadək səhnədə olmalarıdır. Konserti Faiq Süleymanovun rəhbərliyi ilə “Xəzər” İnstrumental ansamblı müşayiət edəcək./milli.az

Rəqsanə hələ ortada görünməyəcək
Bir neçə gün əvvəl yerli klinikaların birində üzündən plastik əməliyyat keçirən tanınmış müğənni Rəqsanə ötən gün axşam saatlarında evə buraxılıb. Uzun sürən əməliyyatın tərsirindən özünü halsız hiss edən sənətçi yataq şəraitindədir.

Müğənninin prodüseri Təranə Səmədovanın  bildirdiyinə görə, danışıq qabiliyyəti normal olan Rəqsanənin üzündəki sarğılar hələ açılmayıb: «Sarğıların yaxın 2-3 günə açılması planlaşdırılıb. Üzünün sağalma prosesi uzun sürməyəcək. Həkiminin dedyinə görə, sentyabrın sonlarında Rəqsanə ictimaiyyət arasına çıxa bilər. Bildiyiniz kimi həmin ərəfədə onun konsert layihəsi gözlənilir. Biz ictimaiyyətlə görüşü konsert vaxtına müəyyən etmişik».

Qeyd edək ki, əməliyyat vaxtı müğənninin səhhətinin pisləşməsi xəbərini onun piarı kimi qiymətləndirənlər də oldu. Lakin T.Səmədova bu fikirlə razılaşmadı: «Əməliyyat gözləniləndən də ağır və uzun çəkdi. Rəqsanə 6 saat cərrahiyyə otağında qalıb. Sonradan isə üzü «oslojneniya» verdi. Bu bizi bir qədər təşvişə salmışdı. Amma həkimlərin vaxtında müdaxiləsi probelmi aradan qaldırdı. Həkiminin fikrincə, bu əməliyyatdan sonra Rəqsanə üzündəki kiçik məsamələrdən tamamilə azad olmalıdır».

Sonda prodüserdən əməliyyat üçün sərf olunan məbləği soruşanda o, yüksək vəsait xərclənmədiyini bildirdi. Söylədi ki, həkim tanış insan olduğundan klinikada Rəqsanəyə müəyyən güzəştlər edilib. /milli.az

“Gözəllik ondur, doqquzu silikondur”
Oktyabrın 10-da “Zarafatsız konsert” yumoristik qrupu Opera və Balet teatrında yumor proqramı ilə çıxış edəcək. Proqramı qrupun üzvləri İslam və Elşad təqdim edəcək. Qrup üzvləri açıqlamasında konsertin aparıcısının Rəhim Rəhimlinin olacağını deyib: “Konsertin aparıcısı Rəhim Rəhimli olacaq. “Gözəllik ondur, doqquzu silikondur” adlı konsertdə 2-2,5 saatlıq iştirakımız gözlənilir. Bundan başqa bir neçə tanınmış müğənnimizin də həmin konsertdə iştirakı gözlənilir. Repertuarda günün aktual məsələlərinə yumorla baxış, televiziya proqramlarının analizi və s. olacaq”./lent.az

Elşad Xose Almaniyaya gedəcək
“Eurovision-2010” Mahnı Müsabiqəsində Azərbaycanı təmsil etməyə namizəd olmuş müğənni Elli və reper Elşad Xose oktyabrın 6-da Almaniyaya yola düşəcəklər.  Sənətçilərin birgə həyata keçirəcəkləri layihənin prodüseri İsa Məlikov açıqlamasında bildirib ki, Berlində “Çıx get” adlı duetə klip çəkiləcək: “Klipin rejissoru Elrəng olacaq. Burada 5 gün çəkiliş davam edəcək. Klipin orijinal olacağına indidən zəmanət verə bilərik, interyer Berlinin görüntüləri ilə zəngin olacaq”.

Prodüser klipin məhz Berlində çəkilməsinin səbəbini belə izah edib: “İstəyirik ki, oxunan mahnı reallığa uyğun olsun. Layihə musiqi və kliplə yekunlaşmayacaq. Albom şəklində hazırlanacaq həmin mahnı alman, Azərbaycan, ingilis dillərində satışa çıxacaq”.

Layihənin Bakıda da təqdimatı gözlənilir. Prodüser sözügedən layihəyə tanınmış biznesmenlərdən birinin sponsorluq etdiyini deyib: “Layihənin maliyyəsi nə Elli, nə də Xose tərəfindədir. Proyektin direktoru tanınmış biznesmendir, adının açıqlanmasını hələlik istəmir. Ola bilsin, təqdimatda iştirak etsin. Hələlik dəqiq məlumat verə bilmərəm”./lent.az

NEXT “Hollywood Smile in Baku 2010”-nun siması seçildi
Norveç Respublikasının Azərbaycandakı Rəsmi səfirliyi, “The Doctors” assosiasiyası Azərbaycanda ilk dəfə “Hollywood smile in Baku -2010” marafonunu keçirir. Bir neçə mərhələdən ibarət layihə insanları doğru maarifləndirmək məqsədilə hazırlanıb.

Qeyd edək ki, proqramın keçiriləcəyi gecədə yalnız Smile Controldan keçə biləcək insanlar iştirak edəcək. Konsert proqramı boyunca qonaqlar Norveçdən gələn həkim qrupu tərəfindən pulsuz müayinə olunacaq. Bildirək ki, təşkilatçılar tərəfindən layihənin reklam üzü olaraq 4 oğlandan ibarət Next qrupu seçilib. Bundan başqa Norveçdən gələn mütəxəssislər tərəfindən 5 məşhur sənətçimiz “Ən gözəl təbəssümə görə” mükafatlanacaq. Qeyd edək ki, sözügedən müğənnilərin siyahısı konsert günü açıqlanacaq.

Next və digər sənətçilərin iştirakı ilə reallaşacaq möhtəşəm konsert proqramı 9 sentyabr Yaxt-klubun ən böyük gəmilərindən birində baş tutacaq./milli.az

Xuraman Şuşalının həyat yoldaşı işini itirdi
Ötən ay ANS telekanalının əməkdaşı Elçinlə ailə həyatı quran müğənni Xuraman Şuşalı toyundan 15 gün sonra şou-proqramlara gedərək yaradıcılıq işlərinin həlli üçün pul qazanmağa başalyıb. Onun qazanc dalına düşməyini həyat yoldaşının işdən uzaqlaşdırılması ilə əlaqələndirənlər var. Söz gəzir ki, həmin telekanalda rejissor vəzifəsində çalışan Elçin toylarının səhəri günü işindən azad edilib. Məsələyə  portalında aydınlıq gətirən Xuraman Şuşalı həyat yoldaşının işi ilə vidalaşması xəbərini təsdiq etdi. Əlavə olaraq isə bunları dedi:

«Elçin telekanalın rəhbərliyinin qərarı ilə deyil, öz ərizəsi ilə işdən uzaqlaşıb. Bu, toydan bir gün sonra yox, bir neçə gün əvvəl baş verib. İşində heç bir insident olmayıb. Sadəcə, biz belə bir qərara gəldik ki, o, mənim bir sıra efir layihələrimin başına keçsin. Həmçinin klip çəkilişlərimi də artıq həyat yoldaşıma həvalə etmişəm. Elçin mənimlə yanaşı bir sıra müğənnilərin də kliplərini çəkmək üçün çalışacaq. Bu səbəbdən də onun telekanalda işləməyə əlavə vaxtı qalmır» – deyə müğənni bildirdi.

Xuraman söylədi ki, köhnə iş yeri ilə yanaşı, digər telekanallardan Elçinə yeni əməkdaşlıq təklif edilsə də, o, vaxt darlığını nəzərə alaraq, hələlik qəti qərarını verməyib./milli.az

Nura:”Hansı maqazin proqramında, abırlı, həyalı danışan müğənninin reklamını görmüsən?”
- Nura, son illər musiqidə irəliləyişin daha aydın gözə görünür. Albomlar, kliplər bu işə həvəskar kimi deyil, ciddi yanaşdığından xəbər verir. Səni indi qəbul etməyə başlayıblar?

- Əvvəllər ola bilər ki, mənim oxuduğum janr qəbul olunmurdu. Bu gün isə artıq bir çoxları məhz bu janra müraciət edirlər. Və qəbul olunub. Hətta toy məclislərində də saat 10-dan sonra disko janrına daha çox müraciət edirlər.

- Bəyənilməyi nədə hiss edirsən?

- Mən səhnəyə gələndə yenilik etdim. Bu janr yalnız gənclər tərəfindən qəbul olundu. Ancaq üstünlüyüm də oldu. Çünki individuallığımı ortaya qoya bildim. Məni heç kimsəyə bənzətmədilər. Əsas odur ki, məni Azərbaycan şou biznesində olan heç bir müğənni ilə müqayisə etmədilər. Ədalət də öz janrında yek idi, ona görə də gələn kimi, bizim dillə desək, tutuzdurdu. Eləcə də mən. Əsas odur ki, məni heç kimə bənzətmirlər. Bizim səhnədə elə hallar var ki, deyirlər özünü Brilliant xanıma, Aygünə bənzədir. Mən də bu şeylərlə rastlaşmaq istəmədim. Mənə deyəndə ki, oxuya bilmirsən, gülməyim gəlir. Oxuya bilmir o insan ki, səsi falşdır, oxuyanda deton olur. Heç kim deyə bilməz ki, mən falş oxuyuram, ya da ifalarım nota düşmür.

- Birdən bunu peşəkar adam dedi və sübuta yetirdi?

- Mən musiqiyə gələndə Svetlana Mirzəyevadan vokal dərsləri alırdım. O desəydi Nura, müğənnilik sənlik deyil… başqa məsələ. Teymur Əmrahın da yanına getmişdim, “Rast” qrupuna da getmişdim. Yəni mən özbaşına müğənni olmaq istəyirəm deməmişəm. Uşaqlıqda “Bənövşə” uşaq xoruna getmişəm, fortepiano ilə məşğul olmuşam. Mənim musiqiyə həvəsim olub. Erkən ailə qurduğuma görə bu sənətin arxasınca getməmişəm. 91-ci illərdə “İmkan” qrupu var idi, Anar Mədətov, Xoşbəxt Abdullayevlə çalışırdım. Mahnılar bəstələmişəm, indiyə qədər bu haqda danışılmır, bilmirəm niyə? Həmişə çalışırlar ki, məni başqa tərəfdən göstərsinlər. Bu da rəqabətdir. Əgər mənim istedadım olmasaydı, heç kim özünə rəqib görməzdi və haqqımda bu qədər danışılmazdı. Əgər kimlərsə vaxtını sərf edib özünü yorurlarsa… Oxuduğum tərz bəzilərinin zövqündə olmadığına görə, bəlkə də bu səbəbdən “oxuya bilmir” sözünü işlədirdilər. Belə də ki, tənqid etməyə başqa nə deyə bilərdilər ki? Deyə bilməzdilər ki, zövqü yoxdur? Deyə bilməzdilər ki, ağlı yoxdur, özünü apara bilmir? Bu sözləri yapışdıra bilmədiklərinə görə ən asan tənqid “oxuya bilmir” deməkləri idi. Necə oxuya bilmir? Oxuya bilmirdi, səsi yox idi, nə oldu, birdən birə möcüzə baş verdi? İstedad ya olur, ya olmur. Ay bala, insan addım-addım gəlib hansısa pilləyə qalxıb özünü sübut etməlidir. Bir mahnı ilə qalxanları da görmüşük, sonradan necə düşdüklərini də. Müğənnisənsə bu sənətdə əziyyət çəkməlisən, pillə-pillə qalxmalısan. Bir də mənim komandam olmayıb ki, dəstəkləyə! Həmişə öz başıma, anamın, evdəkilərin məsləhəti ilə hərəkət etmişəm, səhvim olubsa da, özümün olub, uğur əldə etmişəmsə də özümün olub.

- Qeyd etdin ki, pedaqoqdan dərs almısan, o səni dinləyəndə hansı tövsiyəni verdi, hansı müsbət fikirləri dedi?

- Əslində səsim metsa-sopranodur, vokalçı ola bilərdim. Səsimin rəngi vokalda daha gözəl səslənir. Lakin vokal dərslərini daha çox alsaydım, artıq estradadan uzaqlaşardım.

- Yəni pedaqoq belə məsləhət görmüşdü…

- Yox, pedaqoq məsləhət görməmişdi. O müəllimi mənə Teymur Əmrah məsləhət görmüşdü. O elə müəllimdir ki, istedadımı görməsəydi, vaxtını iki il mənə sərf etməzdi. Əslində mənim başqa bir problemim olub, kütlədən qorxurdum. Pedaqoq yanında, fortepianoçu ilə məşqlər zamanı, studiyada yalnız səs rejissoru olanda oxuyurdum, ancaq başqa bir insanın iştirakı olanda özümü itirirdim, səsimi boğurdum. Hətta bir dəfə mənim Rafaellə( Bu şəhərdə) belə bir söhbətimiz oldu. Rafael mənə dedi ki, biz kütlədən qorxmamağın dərslərini almışıq, gəl istəyirsən, mən sənə dərs keçim, bu qorxu səndən itsin. O da yadımdadı, ilk çıxışımız Lenin sarayında (indiki Heydər Əliyev sarayı) “İmkan” qrupu ilə oldu. Böyük kütlə qarşısında çıxış etmək məni o qədər həyəcanlandırdı ki, çıxışım bitdikdən sonra kulis arxasında ürəyim getmişdi.

- Lakin indi sənə baxanda heç deməzsən.

- Bu ilk addımlarımı atanda belə idi. Birdən-birə çevrəndən çıxıb insanların arasına düşürsən. Mənim üçün səhnə arxası bəzi şeylər maraqlı idi. Heç bilməzdim ki, səhnədə insanlar üzünə gülüb, arxanca quyu qazarlar. Hansısa verilişdən, banketdən səni uzaqlaşdıra bilərlər. Bu şeylər mənim üçün yaxşı deyildi. İnsanlardan qeyri-səmimilik gördükcə artıq başladım öyrəşməyə. Allahdan arzum o idi ki, mən də bu virusa tutulmayım. O filmlərdə olur e…, vampirlər, dişləyir, vampir olur.

- Sən də bu çirkinliyə bulaşmayıb təmiz qalmaq arzusundasan?

- Canavarlarla bir yerdə olsan, onlarla ulamağa başlayarsan.

- Canavarların arasında özünü necə görürsən?

- Hələ ki, öz boşqabımdayam. Özümü qoruyub saxlayıram. Çevrəmə fikir verirəm. Bu hamıya şamil olunmur. Yaxşılar da var, pisdə var.

- Axı heç də dediyin kimi zəif görünmürsən axı.

- Yox, mən zəif deyiləm. Məni vurub çıxarmaq, həvəsdən salmaq mümkün deyil. Artıq püxtələşmişəm. İmmunitetim yaranıb.

- Bax sənin həyatına nəzər salsaq hansı daha üstündür, gözəl ana, qadın, yoxsa sənətçi?

- Birinci növbədə gözəl anayam. Uşaqlarım mənim üçün hər şey deməkdir. Bütün xoşbəxtliyim onlarla bağlıdır. 19 yaşında ana olmuşam. Özümü başa düşməyə başlayanda artıq ana olmuşdum deyə, analıq hissi mənim üçün öndə olub. Özümə baxmaq, zövqlü olmaq da Allah vergisidir. Həyat müvəqqətidir. Çalışmaq lazımdır həyatda hər şeyi gözəl edəsən. Bunun üçün düzgün addım atmaq lazımdır. Ata-ananın qədrini biləsən. Şüur altında bunlar varsa, o öz işini görəcək.

- Bu sənin şüuraltı düşüncələrindir. Bəs sənin haqqında nə düşünürlər? Özün haqqında daha çox hansı yaxşı və pis fikirləri eşidirsən?

- İnsan öz yaxşı və pis cəhətlərini bilir. Mənim pis cəhətim çox emosional olmağımdır.

- Mən kənardan qiymətləndirməni soruşuram.

- Baxır kimin fikridir. Şəxsiyyət kimi formalaşmayan, sözlərinin dəyəri olmayan insanın haqqımda dedikləri mənim üçün maraqlı deyil. Belələrini eşitmirəm.

- Bəs dəyərli insandan hansısa mənada tənqid, məzəmmət eşitmisən?

- Heç kim ol, heç nə etmə, bu zaman tənqidə tuş gəlməzsən. Bu, ağıllı insanların sözüdür. Əgər göz önündəsənsə, iş görürsənsə, mütləq tənqidlə üzləşməlisən. Əgər sənin hər hansı sözünə, hərəkətin reaksiya varsa, diqqətdən kənarda qalmamısansa, deməli, hər şey yaxşıdı. Bəli, mən ideal deyiləm. Yer üzündə mələk görsəniz, mənə də xəbər edin. Hər insanın səhvi var.

- Konkret soruşuram. Nəyi tənqid ediblər və nəyi özündə təlqin edə bilmisən?

- Mən xaricdə yaşamışam və Azərbaycana gələndə bilmirdim ki, mentalitet fərqlidir. Söz danışanda tam səmimi danışırdım, başa düşmürdüm ki, mənim danışığımdan başqa cür nəticə çıxara bilərlər. Məəttəl qalmışdım. Məni insanlara pis göstərmək belələrinə nə verirdi ki? Bir də onu başa düşdüm ki, kitablarda oxuduğum, öz-özümə yaratdığım dünya əslində yoxdur. Çox şeylər var ki, özümdə düzəltdim. Yalan danışa bilmirəm, bu da ona görə beynimdə qalıb ki, yalan ən böyük günahdır. Həyat mənə çox şey öyrətdi. Görəndə ki, insanlar biri birinin səmimiliyindən istifadə edib, səbəbsiz yerə könül bulandırır, onda insanlarla münasibətində ehtiyat etməyə başlayırsan. Hər kəsin həyatında olduğu kimi, mənim də başım o qədər ağrıyıb, aldadılmışam ki… Ən vacibi odur ki, insan etdiyi səhvlərdən nəticə çıxara bilsin. V ay o adamların halına ki, bir səhvi bir neçə dəfə təkrar edir.

- Ətrafında yalançı insanlar çoxdur.

- Bir dəfə bir psixoloqla bu haqda söhbətim oldu. Soruşdum ki, niyə yalanı bu qədər faciəli qəbul edirəm. Yalanı özümə qarşı təhqir kimi qəbul edirəm. Yalanı həzm edə bilmirəm. O mənə məsləhət gördü ki, bu məsələyə bu qədər ciddi yanaşmayım, ürəyimə bu qədər yaxın buraxmayım. Bu bizim həyatımızda mütləqdir. Elə yer var ki, orda yalan danışmalısan. Sən yalan danışa bilirsənsə, bu günaha yazılmır. Hər şey nisbidir. Mən fikirlərimi ona görə xırdalayıram ki, dəqiq fikrimi çatdırım. Əgər sənin dediyin yalan heç kimi ziyan vurmursa, xoşməramlı yalandırsa, kimisə ölümdən qaytaracaq, kiminsə həyatın xilas edirsənsə, kiminsə sirrini qorumaq naminə yalan danışırsansa və s. Yəqin ki, belə yalanları qəbahət kimi qəbul etməmək olar.

- Elə adamlar da var ki, kiminsə nəsə deməyinə də ehtiyacı yoxdur, özləri daha mükəmməl şəkildə qavrayır və o fikri çatdırmağı bacarırlar.

- Ola bilər. Nə bilim mənim üçün yeni insanlarla ünsiyyətə girmək çox çətindir. Çünki insanlara etibarım yoxdur. Ancaq anama-atama, Allahıma, inamım var. Çevrəmdə olan insanları artıq tanıyıram və onlara etibar edirəm. Yeni insanlarla isə gec ünsiyyət qururam və demək olar ki, onlara etibar etmirəm.

- Lakin imanlı və həyatda düzgün yaşamağa çalışan insan insanlara inanmalı, sona qədər etibar etməlidir.

- Artıq yorulmuşam kimisə analiz etməkdən, sınağa çəkməkdən. İstəmirəm mənə zərbə dəysin. Bu artıq mənim zəifliyimdir. Yeni insanları qəbul etmək mənim üçün problemdir. Mənim səbəblərim var.

- Səbəb nə olur-olsun, bu düzgün məntiq deyil.

- Hər şey nisbidir. Heç zaman Allaha inamımı itirmərəm. İnsanlar niyə get-gedə belə olub? Çox şeylər səhv düşüb. Babalarımıza analarımıza nəzər salsaq, onlar üçün vacib olan dəyərlər – dostluq, sevgi, hörmət, vicdan, böyük kiçiklik önəmli idi. Bu gün isə insanlar üçün maddiyyat birinci plandadır. Ona görə də mənəviyyat itib gedir. İnsanlar o qədər maddiyyata uyublar ki, süni yolla virus hazırlayıb, insanları xəstəliyə düçar edirlər ki, sonra da bunun üçün hazırladıqları dərmanları satıb, pul qazansınlar. Dünyada 3-4 böyük ölkələrdə xüsusi elmi mərkəzlər tikilib ki, onlar hətta süni şəkildə təbii fəlakətlər (sel, tufan, zəlzələ…) yaradırlar. İnsanlar artıq Allaha işinə müdaxilə etməyə başlayıblar. Burda hansı inamdan danışmaq olar?

- Nura, indi maşındasan?

- Hə, maşındayam.

- Maşından düş və insanlardan soruş, hamı sənin kimi insanların pis olmağından şikayətlənəcək. İnsanlar dəyişiblər. Elə insanların dəyişməsinin səbəbi də odur da! Heç kim bir-birinə inanmır və bir-birlərinin haqqında pis danışır.

- Mənim dediklərim faktlar idi. Sadəcə insanların mənəvi dəyərləri dəyişib. Mən insanların biri-biri barəsində pis danışmağının əleyhinəyəm. Yenə qeyd edirəm. Bu hər kəsə şamil olunmur. Elə etmək lazımdır ki, insanlarda müsbət tərəfləri görməyi bacarasan.

- Bax deyirsən ki, xaricdə yaşadım, demokratik danışıq qəbul olunmadı. Bizdə qapalı geyinən müğənniyə, nitqində sərhəd saxlayana hörmətlə yanaşırlar…

- …Yox böyük səhviniz var. Tam əksidir, sataşan insanların reytinqi daha çoxdur.

- Mən kütlənin yanaşmasını nəzərdə tuturam. Bir də bizdə daha çox ailəli müğənnilər daha çox sevilir…

- …Nə danışırsan? Yox, sən indi öz dediyinə inanırsan? Efirlərə baxıb, saytları oxumursan? Görmürsən ki, insanların dəstəklədikləri şou biznes əhli daha çox kimlərdi? Məşuqələrini reklam edib bu barədə açıq-aşkar danışan insanlar, özündən yaşda, sənətdə böyük olanlara söz atanlar, biri-biri haqqında olan olmazın sözləri deyib, sonra biri-birini ilə qucaqlaşanlar və s. kimi şou biznes əhli daha çox qəbul olunur və daha çox sevilir. Hansı maqazin proqramında, abırlı, həyalı danışan müğənninin reklamını görmüsən? Abırlı, həyalı müğənnidən ildə bir dəfə müsahibə götürüb verilişlərə çıxarsalar, böyük işdir./lent.az

İlqar Muradov konsertə hazırlaşır
Əməkdar artist İlqar Muradovun ilk konsertinin tarixi bəlli olub. Müğənninin bildirdiyinə görə, o, sentyabrın 20-25 tarixlərinin birində Yaşıl Teatrda çoxdan gözlənilən musiqili proqramını təqdim edəcək. «Konserti şou elementləri ilə zənginləşdirdik ki, proqram hamıya xoş gəlsin. Amma burada mənim daha bir ideyam olacaq. İstəyirəm bütün mahnılarımı qaranlıq səhnədə təqdim edim. Yəni, gur işıq effektlərinə bu konsetdə yer verilməyəcək»- deyən müğənni ilk konsertində digər yeniliklərin də olacağını bildirdi.

Samir Piriyev rəsmi nikaha niyə girmir?
İkinci dəfə ailə həyatı quran Samir Piriyev hələ də yeni həyat yoldaşı ilə rəsmi nikaha girməyib.  Müğənni özü də bu məlumatı təsdiqləyib. “İnşallah, 2 aya kimi Anara xanımla rəsmi nigahda olacağıq. Sadəcə olaraq, Türkiyədə işlərim var. Burada işlərimi yekunlaşdırdıqdan sonra rəsmi nigaha girəcəyik. Bu barədə, narahat olmağa dəyməz. Nəzərə alın ki, o vaxtları analarımız, atalarımız, babalarımız, nənələrimiz rəsmi nigahda yaşamayıblar. Sizcə, xoşbəxt olmayıblar?!” – deyə, müğənni məsələyə aydınlıq gətirib.

Abbas Bağırov da aparıcı olur
Müğənni Abbas Bağırov yeni mövsümdə yeni layihələr üzərində işləyəcək. Müğənni deyib ki, “Tamaşaçıların və dinləyicilərin rəğbətini qazanmışam. Amma hazırda istəyirəm ki, özümü aparıcı qismində də sınayım. Hazırda verilişin hansı televiziya telekanalında və nə biçimdə olacağını dəqiqləşdirməmişəm. Amma bu barədə danışıqlar aparırıq” – deyən müğənni, əlavə olaraq bildirib ki, yay mövsümündə efirdə az görünməsinə səbəb istirahətlə yanaşı, müəyyən yaradıcılıq işləriylə məşğul olması olub.

Bundan əlavə, müğənni hazırda adını açıqlamadığı mahnılarından birinə klip çəkdirdiyini də dedi. Klipin yaxın günlərdə geniş tamaşaçı kütləsinə təqdim edəcəyini bildirdi.

Aygün Bəylər arıqlayacaq
Ötən ilin dekabrında Can adlı qızını dünyaya gətirdikdən sonra, nəzərə çarpacaq şəkildə kökələn Azərbaycanın əməkdar artisti, muğam və estrada mahnılarının mahir ifaçısı Aygün Bəylər arıqlamağı qarşısına məqsəd qoyub.

Müğənni söz verib ki, o yenidən əvvəlki görkəminə qayıdacaq: “Məncə əsl sənətə sahib olan müğənnilər üçün kök və ya arıq olmaq elədə böyük əhəmiyyət daşımır. Misal üçün mərhum xalq artistləri – Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova sağlıqlarında kilolu xanımlar idi. Bu siyahını uzada da bilərdim. Ancaq görün necə böyük sənət qoyub gediblər. O, ki, qaldı mənə, vallah səmimiyyətimə inana bilərsiniz, özümü elə də kök hiss etmirəm. Ancaq istəyimdən asılı olmayaraq mütləq arıqlamalıyam. Bacardığım qədər çalışacağam ki, tamaşaçılarımın qarşısına əvvəlki görkəmimdə çıxım”.

Müğənniyə arıq olduğu və indiki vaxtda nə qədər çəkisi olması ilə bağlı xeyli sual ünvanlasaq da Aygün xanım, susmağa üstünlük verib: “Sənətlə bağlı sualları cavablandırmaq xoşuma gəlir. İstəmirəm ki, pərəstişkarlarım barəmdə hər şeyi detallarına kimi öyrənsinlər”.

“Uşaq Eurovision”ununda azərbaycanlı aparıcı olacaq
Bu il noyabrın 20-də Minskdə keçiriləcək uşaqların “Eurovision” mahnı müsabiqəsinin aparıcıları bəlli olub. Belarus mətbuatının verdiyi məlumata görə, onların adları bu gün Minskdə düzənlənmiş mətbuat konfransında açıqlanıb.

Mərasimi Belarus Dövlət Universitetinin əslən azərbaycanlı olan tələbəsi Leyla İsmayılova ilə tanınmış teleaparıcı Denis Kuryan idarə edəcəklər. Onlar aparıcıların seçimi üzrə aparılan müsabiqənin son turuna adlamış 6 nəfər arasından seçiliblər. İlkin mərhələdə isə müsabiqəyə aparıcılıq etmək uğrunda 100 nəfər yarışıb. Jurnalistika fakültəsinin tələbəsi olan Leyla bu işin ona tapşırılmasından məmnun olduğunu söyləyib.

Sibel Can təhqir olundu
Məşhur türk müğənnisi Sibel Can ilə qızı Melisa arasında artıq çəki üstündə mübahisə yaranıb. Belə ki, Sibel Can birinci həyat yoldaşı Xaqan Uraldan olan qızı Melisanı həddindən artıq kökəldiyi üçün arıqlama düşərgəsinə göndərib. İki həftə ərzində 9.5 arıqlayan Melisanın səhhətində problem yarandığından, Sibel Can qızına zərər gələcəyindən qorxaraq onu düşərgədən geri çağırıb. Melisa isə qısa müddət ərzində yenidən əvvəlki çəkisini bərpa edib.

Türkiyə mətbuatının yazdığına görə, Melisanı arıqlamağa razı salmaq üçün Sibel Can bir neçə gün əvvəl onu psixoloqa aparıb. Ancaq gözləmədiyi bir reaksiya ilə qarşılaşıb. Melisa anasının üzərinə qışqıraraq: “Sən özünə baxsana. Qəzetlərdəki fotoşəkillərini görmürsənmi? Kostyumlarına sığmırsan”.

Rəqsanə ağır vəziyyətdə reanimasiyada yatır
Müğənni Rəqsanə İsmayılovanın səhhətində ciddi problem yaranıb. Bu, ifaçısının sayca 10-cu plastik cərrahiyyə əməliyyatı keçirməsindən sonra baş verib. Rəqsanənin prodüsseri Təranə Səmədova bildirib ki, əməliyyat bu gün səhər Bakıdakı Xətai klinikasında keçirilib. “Səhər Rəqsanə mənə əməliyyata girdiyi haqda SMS yazdı. Sonradan onun bacısı mənə Rəqsanənin səhhətinin kəskin şəkildə pisləşdiyini bildirdi. Rəqsanə telefonu söndürdüyündən onunla əlaqə yarada bilmədim”.

Rəqsanənin əməliyyat keçirdiyi klinikadan müğənninin orada olduğunu təsdiqləsələr də, onun səhhəti haqda hər hansı açıqlama verməyiblər.

Fəxriyyə Xələfova ana olub
Yeni ana olan Fəxriyyə Xələfova ikinci dəfə də oğul anası olub. Azərbaycanın 1 nömrəli modelyeri  açıqlamasında qızının dünyaya gəlməsi barədə gəzən şayiələrə “Nuray” ətirlərinin satışa çıxarmasının səbəb olduğunu deyir: “Xəbərim var. Hələ “Nuray” ətirlərim təzə çıxanda hər kəs elə düşünürdü ki, mənim qızım var. Düşünürdülər ki, ətirlərimə qızımın adını vermişəm. Mənim özümə də dəfələrlə bu sualı veriblər. Öz qızım yoxdur, amma qardaşımın Nuray adlı qızı var”.

Fəxriyyə Xələfova yeni ana olmasına baxmayaraq gözəl formadadır. Modelyer heç bir zaman özünü baxımsız qoymadığını deyir: “Siz məni nə vaxtsa baxımsız görmüsünüz? Bu heç vaxt baş verə bilməz!”.

Brilyant Dadaşova: “Paxıllara qarşı immunitet məndə çoxdan yaranıb”
-Bu ayın 15-i ad gününüzdür, təbrik edirik. Ötən il doğum gününüzü Türkiyədə keçirdiniz, bəs bu il nə planlaşdırırsınız?

-Düzdür, keçən il studiya işlərilə əlaqədar ad günüm ərəfəsində Türkiyədə idim. Qismət elə gətirib ki, bir neçə dəfə ad günümü səhnədə, ya studiyada və yaxud el şənliyində keçirməli olmuşam. Mən təsəvvür etmirəm ki, nə vaxtsa təmtəraqlı ad günü keçirim, oturum yuxarı başda, qonaqları çağırım məni tərifləsinlər və s. Bu mənim xasiyyətimə ziddir. Bəlkə bu elə özü də mənə Qız bürcünün verdiyi təvazökarlıqdan irəli gəlir.

-Müsahibələrinizin birində söyləmişdiniz ki, çox bəyəndiyiniz bir saatı qiyməti baha (15 min dollar) olduğundan almamısınız. Maraqlıdır, istəklərinizdən rahatlıqla vaz keçə bilirsiniz?

-Məhz Qız bürcündən olduğum üçün hər şeyi analiz edib nəticəsini görürəm. Sabahkı günü düşünüb hərəkət etdiyim üçün bəzi istəklərimdən imtina etməli oluram. Məsələn, bir neçə ildir bağımıza hovuz tikdirmək istəyirdik. Çünki idman edəndən sonra hovuzda üzmək çox gözəldir. Ustalar hovuzun 30 minə başa gələcəyini dedilər, mən də düşündüm ki, 30 minin 30 dərdi var. Ona görə də bağımıza parçadan hazırlanan hovuz aldıq, min manat xərcimiz çıxdı. Çox böyük olmasa da, o baş, bu başa üzməyə mənə bəs edir.

-Bəs nədən vaz keçə bilməzsiniz?

-Səhnə geyim və aksesuarlarından. Mən asket (tərki-düya- red.) deyiləm. İlham mənbələrimdən biri də geyimdir.

-Astrologiyada Qız bürcünün mənfi xüsusiyyətləri arasında – xırdaçı, özündənrazı, xəsis, deyingən, vəzipərəst – göstərilir. Bunların hansı ilə razılaşır, hansı ilə razılaşmırsınız?

-Düzdür, peşəkar astroloqlar belə deyirlər. Amma şəxsən mənim deyinməyə vaxtım və həvəsim yoxdur. Musiqidə xırdaçıyam, çünki hər bir not, milizma, harmoniya, mənim üçün əhəmiyyət kəsb edir. Özümdən də razı olub- olmadığımı tamaşaçı çox gözəl bilir. Xəsisliyə gələndə, müdrik insanlar deyiblər: «Kasıblığın bitdiyi yerdə, xəsislik başlar». Deməli, mənim xəsis olmağıma hələ çox var.

-Bürcünüzün müsbət cəhətləri isə – səmimi, ağıllı, dəqiq, məntiqli, səliqəli, cəlbedici, zövqlü olmanızdır. Bu sıraya nəyisə əlavə etmək istərdiniz?

-Sözsüz ki, hər bir insanın yaxşı və xoşagəlməz cəhətləri var. Mən yaxşı insanlardan olmağa çalışıram. Bir də çox şükür ki, buna əlavə olaraq gözəl yumor hissinə malikəm. Hətta xalqımızın sevimlisi Murad Dadaşovla biz görüşəndə o, həmişə mənim zarafatlarımdan bəhs edir. Ölməz şairimiz Mikayıl Müşfiq demişkən:

Yazıq o şəxsə ki, qaraqabaqdır,

Nə gözəl yaraşır insana gülmək.

-Qız bürcündən olan insanlarla münasibətiniz necə alınır?

-Mənim Qız bürcündən olan çox dəyərli dostlarım var. Onlardan ANS Şirkətlər Qrupunun Prezidenti Vahid Mustafayev, gözəl və ağıllı, jurnalistikada özünəməxsus dəst-xəttilə, orijinal fikirlərilə fərqlənən Sevil Nuriyeva, sevimli və istedadlı müğənni Abbas Bağırov. Onlar mənim üçün çox əzizdirlər. Dünya tanınmışları arasında isə Üzeyir Hacıbəyov, Maykl Cekson, Sofi Loren də Qız bürcündə dünyaya gəliblər. Onu da qeyd edim ki, Sofi Lorenin səhnədə olmasının 50 illiyi keçiriləndə ona sual verdilər ki, siz 50 ildir səhnədəsiniz, amma az qala 20 yaşlı qızlara bənzəyirsiniz. O da cavab verdi ki, mən Qız bürcündən olduğum üçün heç vaxt qadınlaşmayacağam, elə həmişə qızlara bənzəyəcəyəm. Sofi Lorenin cavabı mənim çox xoşuma gəlmişdi.

-Bəlkə xanımlarımıza gözəllik sirlərinizdən bəzisini açıqlayasınız.

-Nə sirr ola bilər. Gözəllik ilk növbədə insanın qəlbində olmalıdır. Əlbəttə, zahiri görünüş üçün heç olmazsa, bir az idmanla məşğul olmaq, bir az yeməyə fikir vermək. Mən əsl qarınquluyam. Amma nəfsimi saxlamağı bacarıram. Yeməyi kim sevmir ki?..

-Bir az da geyim üslubunuzdan bəhs edin – hansı rəngləri, hansı geyimi daha çox sevirsiniz?

-Hələ bizdə modelyerlər yenicə fəaliyyətə başlayanda ilk konsertimə səhnə paltarımı Lalə xanımın «Qalateya» firması tikmişdi. Sonra uzun müddət Fəxriyyə Xələfovayla, paralel olaraq «CAGTEKS»də Gülnarə xanımla işlədik. Tamaşaçı mənim zövqümdən heç zaman şikayətlənməyib. Hesab edirəm ki, gücüm və maddi imkanım çatan qədər tamaşçının həm ruhunu, həm gözünü oxşamağa çalışıram.

-Dəbdən düşən geyimlərinizi nə edirsiniz?

-Saxlayıram, çünki dəb bir müddətdən sonra qayıdır. Həm də demişəm ki, öləndən sonra mənim üçün bir guşə düzəltsinlər. Amma ölümsüz olacağıma da inanıram. Yaxınlarda buna əmin oldum. Bağda Məmmədbağır Bağırzadənin diskinə qulaq asırdım, səsində gözəl xırdalıq elədiyini eşitdim. Özümdən asılı olmadan «Sağ ol, Məmmədbağır» dedim. Sonra fikirləşdim ki, axı o, rəhmətə gedib. Amma anladım, o ölməyib. Bu dünyada nəyi bilməsəm də musiqini yaxşı bilirəm. Bir az da özümü tərifləsəm, dünya dağılmaz ki, canım (gülür – red.).

-Dost çevrəniz çox müxtəlifdir, açıqlamasanız da onların arasında siyasətçilər də az deyil. Dostlarınızı hansı kriterilərə görə dəyərləndirirsiniz?

-Əlbəttə ki, dünyagörüşü və intellektinə görə. Sevimli xalq şairimiz Rəfiq Zəka rəhmətə getməmişdən biz onunla saatlarla telefonda söhbət edərdik, tarixdən, dünyada baş verənlərdən, fani dünyanın haqsızlıqlarından, təbabətdən, musiqidən. Yəni hərtərəfli söhbətimiz tuturdu. Belə dostlarım çoxdur. Allah onlara cansağlığı versin.

-Problemlərinizi dostlarınızla bölüşürsünüz?

-Yox, onları məyus etməyi xoşlamıram. Elə problemlərim var ki, məsələn, hovuz kimi (gülür – red.) onlar barədə danışıram. Amma övladımı xaricə oxumağa yola salanda o qədər problem yaşadım, amma heç kimə bildirmədim. Birincisi, ruhən sarsıldım. Çünki onun üçün çox darıxırdım. Çox yedim, kökəldim, maddi baxımdan çətinliklərim oldu. Heç bacılarıma da bu haqda demədim. Mən insanları sevindirməyi xoşlayıram, məyus etməyi yox.

-«Gözəllik dünyanı xilas edəcək» adlı verilişin 5 il aparıcısı oldunuz. Aparıcı kimi fəaliyyətinizə niyə son qoydunuz?

-Mən beş il təmənnasız bu verilişin aparıcısı oldum. Proqramın adı da öz ideyam idi. Əlbəttə, yazıçı Dostoyevskiyə istinadən. Dünyada belə bir təcrübə yoxdur ki, müğənni heç bir qonorar almadan proqram aparsın və bu 5 il proqramın reytinqi rekord vuraraq davam etsin. Bu dəfə sponsor olsa, veriliş aparmağa razı olaram. Çünki musiqiçilər və başqa xərclər olduğuna görə gəlir olmadan proqram aparmaq çətindir.

Ətrafınızda baş verən neqativ hadisələr sizi ruhdan salır, ya daha da inkişaf etməyinizə səbəb olur?

Ətrafımda heç bir neqativ hadisə baş vermir, çox şükür. Gözü götürməyənlərə, paxıllara qarşı isə immunitet məndə çoxdan yaranıb. Melomanlar, yaxşı musiqini dəyərləndirən dinləyici kütləsi qılınc-qalxan kimi məni qoruyur və ayağımın altında çox möhkəm zəmin yaradır. Bunun üçün mən bu ad günümdə də musiqi ilə qəlbi döyünən incə zövqlü dinləyicilərə məhəbbətimi, ehtiramımı və dərin minnətdarlığımı bildirmək istəyirəm./”Aysel”

Müğənni Aslan: “Müğənniləri ağzı-burnu əyri meymuna döndərirlər»
«Mən özümü meymun yerinə qoya bilmirəm»

- Sənətə ilk gəldiyiniz günlərdə adınız qalmaqallarda daha çox hallanırdı, nəinki indi… Deyəsən, artıq dedi-qodu və qalmaqallara marağınız azalıb?

- Etiraf edim ki, həmin qalmaqalların mənim tanınmağımda xeyri olub. Azərbaycana ilk dəfə gələndə bilmirdim ki, populyar olmaq üçün ən asan yol qalmaqaldı. Şou-biznesdə iki nəfər bir-biriylə savaşanda böyük marağa səbəb olur. Amma iki sənət adamı duet oxuyanda, hansısa layihə üzərində işləyəndə heç kimə maraqlı olmur. Mən ilk dəfə qalmaqala düşəndə bilmirdim ki, həmin adamlar bununla özlərini reklam edirlər. Bəzən ən məşhur müğənnilərimizdən kimsə mənə zəng edir ki, çoxdandı efirdə görünmürük. Gəl, nəsə qalmaqal eləyək… Hara gedirəm, məndən soruşurlar ki, Aygünlə Namiq bir yerdə yaşayırlar? Düzdür ki, onlar evləniblər? Doğrudur ki, Röyanın oğlu olub? Axı sizin nəyinizə lazımdır ki, kim-kiminlə yaşayır?! Söhbət tamaşaçıdan gedir… Tamaşaçının zövqünü o qədər korlayıblar ki. Bəzi telekanallar müğənnilərin yemək yeyərkən görüntülərini çəkib efirə verirlər, onları ağzı-burnu əyri halda meymuna döndərirlər. Müğənnilər də artıq özləri meymunluq edir. Bu xalqı, milləti dolayıb, ucuz reklamlarla aldatmağa çalışırlar, adını da gündəm qoyurlar. Flora Kərimova deyir ki, hazırda bəlkə xalqımın 10 faizi ifama qulaq asır. Amma mən xoşbəxt adamam ki, ifama məhz həmin o 10 faiz qulaq asır. Digər 90 faizi yox… Mən də istəmirəm ki, ucuz bir müğənni kimi tanınam.

«Müğənnilərin çoxunun gözü məni götürmür»

- Qırğızıstandakı musiqi fəaliyyətinizə niyə son qoydunuz?

- Mən orada bir neçə dəfə prezident mükafatına layiq görülmüşəm. Qırğızıstan prezidentinin oğlunun toyunu mən aparmışam. Orada da məni gözü götürməyənlər vardı. Qırğız müğənniləri deyirdilər ki, özümüzünkülər qırılıb ki, azərbaycanlı müğənnini bütün tədbirlərə salırlar? Özüm vətənimə gəlmək qərarını verdim. Nədənsə burada da çoxlarının gözü məni götürmür. Azərbaycanda başqa millətdən olan o qədər sənətçilər var. Hətta başqa millətdən olan müğənnilərdən əməkdar artist fəxri adı verdiyimiz də var. Onlar sənətdə neyləyiblər bilmirəm?!

- Söhbət Manana Çaparidzedən gedir?

- Mən insan kimi onu tanımıram. Manana Orta Asiyada Azərbaycanı beynəlxalq səviyyədə təmsil edib, qran-pri qazanırsa böyük işdi. Ona görə də əməkdar artist fəxri adı Mananaya halaldı. Amma bizdə elə müğənnilər var ki, əməkdar artist olduqları halda mən onları tanımıram. Bəlkə də bu mənim səhvimdir. Əgər mən onları tanımıramsa, xalq ümumiyyətlə tanımaz. Belələri sənətə hansı yollarla gəlirlər, bilmirəm.

«Özünə «mənəm-mənəm» deyən müğənnilər arıtq sənətdə yoxdur»

- Deyəsən, fəxri ad istəyirsiniz?

- Vallah, mənim fəxri ada ehtiyacım yoxdur. Əsas odur ki, xalqın artisti olasan. Müğənnilər var, deyir ki, mən Heydər Əliyev Sarayında 3 gün, digəri deyir ki, 5 gün konsert verdim. Hamı bilir ki, həmin müğənnilər insanları Saraya necə toplayırlar. Mən istəmirəm ki, kiminsə əli ilə konsertimin biletlərini zorla satdırım. 30-40 manat qıra-qıra camaatı yığım ora, 2 saat ərzində məni söysünlər. Ad çəkmək istəmirəm, elə müğənnilərin axır aqibətinin necə olduğunu görürsüz. Özünə «mənəm-mənəm» deyən müğənnilər arıtq sənətdə yoxdur. Pis çıxmasın, Polad Bülbüloğlu, Zeynəb Xanlarova, Nisə Qasımova, Flora Kərimova kimi sənətkarlar mənə sənəti olan müğənni deyirlərsə, başqalarının fikri maraqlı deyil. Biri var, xalq üçün oxuyasan, biri də var, kütlə üçün oxuyasan. Necə qəbul edirlərsə-etsinlər, mən kütlə üçün oxumuram. Toya gəlirsən, təqdim edirlər: filankəs-filankəsov, xalq artisti, amma alqış yoxdur. Elə müğənni var ki, toya 5 yüz manata gəlir. Ancaq elə oxuyur, fəqan eləyir, çox gözəl məclis aparır. Müğənni də var ki, 3 min manata toya gəlir. Yekə-yekə danışır, elə bil ki, buna yalvarıb-yapışıb toya gətiriblər.

«Bizdə hansı müğənnini itirsən restoranlarda tapa bilərsən»

- 9 ildir burada yaradıcılığınızı davam etdirirsiniz, amma bir dəfə də olsun solo konsert verməmisiz. Niyə?

- Müğənni əlçatmaz olanda onun konsertinə gedirlər. Mən və sənət dostlarım hər gün, ən azı üç restoranda şou-proqramda oxuyuruq. Məsələn, bir nəfər hansısa restorana gəlir. Soruşur ki, bu gün sizdə kimlər oxuyacaq? Deyirlər ki, Faiq Ağayev Röya, Aslan. Girir, yeyir-içir, üstəlik, müğənniylə məzələnir, oturur. O müğənninin konsertinə gedərlər? Ona görə də mən solo konsert vermirəm. İki gün konsert verərəm, onun-bunun əliylə milləti Saraya dolduraram. Mən elə istəmirəm, çıxım səhnəyə. Deyim ki, salam, mənim əzizlərim. Zaldakı da desin ki, qələt eləyirsən mənim əzizim olursan. Mən özümü meymun yerinə qoya bilmirəm. Sonra da çıxım efirdə deyim ki, konsert vermişəm. Hazırda nə Özbəkistanda, nə Qazaxıstanda, nə də Qırğızıstanda restoranlarda şou-proqramlar yoxdur. Amma bizdə hansı müğənnini itirsən, restoranlarda tapa bilərsən.

- Söhbətinizin əvvəlində telekanallardan şikayətçi oldunuz. Amma zaman-zaman sizi bəyənmədiyiniz həmin o maqazin proqramlarında görürük…

- Düzdür. Məni verilişə dəvət edəndə mövzu və qonaqlarla tanış olmasam, verilişə çıxmıram. Etiraf edim ki, maqazin proqramlarını izləyirəm, görüm mənə söz atan var, ya yox? Bilirsiz, mən bağışlamağı bacarmıram. Sənətdə və yaşda səndən böyük olanı bağışlamaq olar. Amma tay-tuşum ünvanıma nəsə desin, mən də onu bağışlayım? Elə hal həyatı boyu olmayıb. Bir dəfə Flora xanıma dedim ki, bilirsiz, Faiq Ağayevlə aramzdakı fərq nədədir? Faiq hər zaman çalışır ki, düşmənlərini qanuni yolla susdursun. Amma mənə kimsə heç nədən söz-şər atdı, qanuni yollardan istifadə etməklə yanaşı, yarım saatlıq şou-proqramımın pulunu aclara-giclərə verib, ən azından onu pis vəziyyətə qoyub sonra sakitləşirəm. Dəymə mənə, dəyməyim sənə. Məndən xoşun gəlmir, baxma, ifama qulaq asma. Mən müğənni tanıyıram, deyir ki, Röyadan zəhləm gedir, ona baxa, ifasına qulaq asa bilmirəm. Amma bunu efirdə, milyonların qarşısında dilə gətirmək doğru deyil./milli.az

Samir Bağırov klip çəkdirəcək
Müğənni Samir Bağırov repertuarında yer alan və son günlərin hit mahnısı “Son yarpaq” mahnısına klip çəkdirməyə hazırlaşır.  Müğənni deyib ki, “Mahnı həyatımdan bəhs edir, problemli günlərimi əks etdirir. İstəyirəm, klipi havalar soyuyanda çəkdirəm. Əsl payız havası olsun, yağış yağsın, külək əssin. Həyatımın soyuq anları musiqimizdə əksini tapsın”.

Müğənni avqustun ortalarında Aygün Kazımovla birlikdə ifa etdiyi “Seviyorum” adlı mahnısını da tamamlayıb: “Mahnı Türkiyə türkcəsi ilə yazılsa da, Azərbaycan mahnısıdır. Yaradıcılığa gəldiyim gündən əməkdaşlıq etdiyim Mikayıl Vəkilov yazıb”.

Pərviz Mahmudovdan xalq artistlərinə xəbərdarlıq
Gənc bəstəkar Pərviz Mahmudov populyar müğənnilərdən birinin bu günlərdə ondan mahnı aldığını, qonorar ödəməyə söz verdiyi halda sonradan ona “minnət” etdiyini deyib: “Mahnımı aldı, sonra da işçilərindən xəbər yolladı ki, minnəti olsun ki, onun mahnısını oxuyacam. Xalq artistləri gəlir, mahnılarımı dinləyir, alıb heç bir söz demədən gedir. İndi adlarını çəkəcəm, deyəcəklər ki, ya özünü reklam edir, ya da böyüyün üzünə ağ çıxır. Bu mənim əziyyətimin məhsuludur, niyə bağışlayım axı! Sizin vasitənizlə deyirəm. Qonorar ödəməyən heç bir populyar müğənni yanıma gəlməsin”.

Səfurə Əlizadənin inadı qırıldı
Müğənni Səfurə Əlizadə Belorusun “CTV” telekanalının “Zvezdnıy rinq” adlı proqramına qatılıb.Gənc müğənni proqramda canlı ifadan boyun qaçırıb. Nina Boqdanova və şoumen Dmitriy Vranqelin təqdimat etdiyi proqramın çəkilişi artıq aparılıb. Çəkiliş zamanı tamaşaçılar verilişin digər qonağı, müğənni Ani Lorakı az qala solo konsert verməyə məcbur ediblər.

“Eurovision-2010” təmsilçimiz Səfurə Əlizadə isə onun əksinə, səhnədə canlı ifa etməkdən çəkinib. Bu isə qalmaqala səbəb olub.Kanalının mətbuat xidməti bildirib ki, Səfurənin səsində problem olduğundan meneceri fonoqram üçün müraciət edib: “Biz onlarla hətta mübahisə etdik. Bildirdik ki, proqramın formatı belədir və heç nə mane ola bilməz. Nəticədə Səfurə canlı oxudu”. Səfurə sözügedən proqramda “Aleksandra i Konstantin” qrupu ilə duet oxuyub.

Nüşabə ərə gedib?
Tanınmış müğənni Nüşabə Ələsgərli ərə gedib. Müğənni əslən Cənubi Azərbaycandan olan Rza adlı cangüdəni ilə ailə qurub. Müğənniyə yaxın olanların sözlərinə görə, onlar bu evlilik xəbərinin mətbuata sızmasının qəti əleyhinədirlər. Bu səbəbdən də nigah mərasimi bağ evində ən yaxın adamların iştirakı ilə keçirilib.

Nüşabə Ələsgərli isə  açıqlamasında  xəbəri qətiyyətlə təkzib edib: “Yəqin məni Xuraman Şuşalı ilə səhv salıblar. Mən hələ oğlanlarımı böyüdüb yerbəyer etməmiş ərə gedən deyiləm”. Xatırladaq ki, Nüşabə xanım son müsahibələrində hələ ərə getməyə tələsmədiyini dəfələrlə bildirmişdi. “Qadına hər yaşda xoşbəxtlik lazımdır”, söyləyən müğənni 50 yaşında ailə həyatı qurmağı düşündüyünü demişdi.

Türk müğənni anasını bacı bilib
Məşhur türk müğənnisi Levent Yüksəl “Aləm FM”də qatıldığı proqramda dramatik anlarla dolu həyatından danışıb. Sənətçinin sözlərinə görə, illərlə bacı deyə çağırdığı qadının anası olduğundan çox gec xəbər tutub: “Antalyada 1964-cü ildə doğulmuşam. Ana-ata dediyim insanlar əslində babam və nənəm imiş. Babam da nənəmin ikinci həyat yoldaşı olub. Bunu da çox geç öyrəndim. Bu yaxınlarda həmişə ata bildiyim və ata dediyim babamı itirdim. Mənimlə heç bir qan bağlılığı olmayan biri olsa da, mənə əsl atalıq etdi”.

L.Yüksel bildirib ki, bacısı bildiyi insanın illər sonra anası olduğunu öyrənib: “35 yaşında da gerçək atam məni birdən axtardı tapdı, sonra da vəfat etdi. Mən 1 yaşında olarkən, atam babamın yanına gəlib bizi soruşub. Babam isə ona bizim qəzada öldüyümüzü söyləyib. 35 yaşımda isə daha 5 qardaşım olduğunu öyrəndim”.

Günay Musayeva “Ezel” serialında rol aldı
Türkiyədə model və teleaparıcı kimi fəaliyyət göstərən Günay Musayeva Türkiyənin “ATV” telekanalında yayımlanan “Ezel” serialında çəkilib. Bu barədə  açıqlama verən  model deyib ki, “Artıq xəbər verdiyim kimi, yaxın vaxtlarda yeni serialda aparıcı rollardan birində oynayacağam. Hələ də aktyor dərsləri alıram. Bu günlərdə isə “Ezel” serialında “qonaq oyunçu” kimi dəvət aldım və çəkildim. Növbəti seriyada məni sözügedən serialda görə biləcəksiniz”.

Qeyd edək ki, model “Min bir gecə”, “Aliyə”, “Zərda” kimi populyar serialların rejissoru olan Kudret Sabancıdan yeni serialda rol almaq üçün təklif alıb.