‘Tribuna’ bölməsinin arxivi

Sənətkarın səssiz ölümü

Məhəbbətin qüdrətini mən belə bilməmişdim, Ana…

Bəli, məhəbbətin qüdrətini belə bilməyən Aşıq Xanış….O məhəbbətt səni yaratdı, yaşatdı, ilham verdi, yandın, eşq oduna pərvanə tək dolandın və aramızdan getdin.

(more…)

Brilyant xırdalaması

Dadaşovaların Türkiyədə göstərdiyi performans (Murad Dadaşov demişkən) xalqımızı sevindirməkdə, hətta riqqətə gətirməkdədir. Namxuda, xanımlar ölkəmizi layiqincə təmsil edirlər. Burda Səidəni müğənni sayıb toya, konsertə aparan yox idi, amma odur, mətbuat yazır ki, xanım Dadaşova İzmir şəhərində silsilə konsertlər verib. (more…)

Aldı görək nə dedi…

Xanımlar və cənablar, bəndəniz deyəndə ki,bizim şou-biznes əndrabadidir, mənə inanmırlar. Ay əziz millətim, özünüz görürsünüz də bu “bazarda” hər cürə zad tapmaq olar. Biri rəngin dəyişir, biri burnun düzəldir, biri çopur üzün “şkulkalayır” və sair və ilaxır. (more…)

İşğal günü atılıb-düşənlərə

İnsanlar kimi cəmiyyətlər də fərqlidir. Bəlkə də başqa ölkədə hansısa tanınmış insanı bu qədər tənqid edib səhvlərini göstərsək çalışıb səhvini düzəldər, hələ üstəlik adamdan bir üzr də istəyərdi. Amma bizdə elə deyil. (more…)

Boom!

Başlığı görüb qorxmayın, köşəyə bomba-zad qoymamışam ki, o da partlasın. «Boom» manıs Xəyyamın mahnısına aid çəkdirdiyi klipin adıdır. Doğrudan da bomba klipdir. 7 gözəlçənin əhatəsində Xəyyam bir pəstah bir klip-zad eləyib ki, baxanda bütün heyvani hisslər şahə qalxar. Heyif ki, köşənin texniki imkanları yoxdur, (more…)

Sevəcəyəm, sevəcəyəm səni mən

Hər kəsin bir sevgi hekayəsi var.Bir sevgi tarixçəsi.Elə mənim də…Bir zamanlar mən də sevmişdim.Hər il sevgililər günü gələndə mən də onu xatırlayıram . Bu dəfə istədim ki , sevgimiz barədə ölüm hökmü çıxarılandan , ayrılmağa məcbur qaldığımız o gündən bir neçə il sonra onu xatırlayarkən tamamladığım şeri sizinlə paylaşım…Əvvəl bir bənd idi bu şer, ayrıldığız gündən hər il keçdikcə ona bir bənd yazıb əlavə edirəm.

(more…)

Klassiklərimizdən Sevda Yəhyayevanın “Sənsiz” mahnısının riyazi analizi

Musiqi ruhun qidasıdır deyirlər.Amma nədənsə son dövrlərdə ifa olunan mahnılara qulaq asanda ruhumda qida zəhərlənməsi problemi yaşayıram.Artıq belə “qidalar” ruhumun həzm-ifrazat sistemini sıradan çıxarıb. Bir mahnıdan zövq almaq üçün ilk növbədə onun sözlərini analiz edib anlamaq lazımdır. (more…)

Azərbaycanda kimə “bəstəkar” deməli?

Azərbaycan musiqisində kimin kim olduğunu ayırd etməyə nə mane olur?

Azərbaycan musiqisindəki terminoloji problem bu aydınlaşmaya imkan vermir

Uzun illərdən bəridir ki, televiziya-radio kanallarında, qəzet-jurnallarda, studiyalarda və ümumiyyətlə, musiqi ilə peşəkar, ya da qeyri-peşəkarcasına məşğul olan insanların real, yaxud virtual görüşdükləri əksər məclislərdə bir sualın cavabı axtarılır.  

(more…)

10 milyonum olsaydı…

“Eurovision” bitdi. Gələn il yenə olacaq. Amma Azərbaycanda deyil, Almaniyada. Buna baxmayaraq bu ilki mahnı müsabiqəsi də bir çox mətləbləri aydınlaşdırmağa kömək etdi. Belə məlum olur ki, Azərbaycanda ən yaxşı gənc müğənni Səfurə Əlizadə imiş, o isə qalib gələ bilmədi. Həmçinin məlum oldu ki, ya Azərbaycanda bəstəkar və şair yoxdur,ya da olanlar Avropada,ən azı müasir dünyada qəbul olunmur. (more…)

Toy korrupsiyasına son qoyulacaqmı?

(more…)

El içində- öl içində!

ATV kanalının El içində verilişində yaşanan biabırçılıq bir daha “incə sənətimizdə” intellektin, səviyyənin nə dərəcədə aşağı olduğunu bütün rəngarəngliyi ilə tamaşaçıların diqqətinə çatdırdı. Söhbət o insanlardan gedir ki, özlərini elita hesab edir və yüksək mədəniyyətdən ağız dolusu danışmaq istəyirlər yeri gələndə. (more…)

Toylar diyarı

Ölkədə altı yüz şadlıq evi fəaliyyət göstərir. Altı yüz şadlıq evindən üç yüzü Bakı şəhərində yerləşir. (more…)

Onları kim soyundurur?

“Eurovision” adlanan beynəlxalq musiqi yarışmasının heç bir mədəni-siyasi əhəmiyyət kəsb etmədiyini, nəhayət, avropalılar da anlamağa başlayıblar. (more…)

«Bozbaş» tv və müğənnilər

Səhər yuxudan ayılanda evdən bozbaş iyi gəldiyini hiss elədim. Səhər tezdən bozbaş? Ola bilməz. (more…)

Xəbər oğruları

Şairə ilhamdan maya gərəkdir!
Anasız cocuğa daya gərəkdir!
Şairəm söyləyir yerindən duran,
Adamın üzündə haya gərəkdir!

Mikayıl Müşfiq

Yəqin ki, bir çox xarici telekanallarda səhər tezdən qəzet manşetlərinin təqdimatını görmüsünüz. (more…)

Adam kişi olar…

Anadolu türkcəsində çox bəyəndiyim bir məqam var. Türklər “kişi” sözünü adam mənasında işlədirlər. Azərbaycan dilində isə “kişi” sözü cinsi mənsubiyyəti ifadə edir. Ona görə də bu gün bu sözün hər iki mənasından istifadə etmək istəyirəm. (more…)

Televeziyalarımızın “mətbəx”i haqqında bir neçə söz

“Menyu”da nə var, nə yox?

Azərbaycanın efir məkanında baş verənlər hər kəs kimi məni də çox narahat edir. Cəmiyyətimizin ən aktual və ağrılı problemlərinin geniş müzakirəsinə ehtiyac duyulduğu, insanların dəqiq və qərəzsiz informasiya həsrətində olduğu bir şəraitdə, ekran-efirin səriştəsiz, heç bir sənət yiyəsi olmayan bayağı səs və söz sahiblərinin ixtiyarına verilməsi yaxşı heç nə vəd etmir. (more…)

Şoumen jurnalistlər

Bəzən yaşlı adamlardan soruşanda ki, filan hadisə nə vaxt oldu, deyirlər ağaclar çiçək açanda, yaxud kəndi sel basanda. Yəni bu milli xronoloji metodlardan biridir. İndi bu üsuldan istifadə edərək deyim ki, (more…)

Mən nə istəyirəm?

Deyim ki, o qədər də artıqtamah və acgöz deyiləm. Istəklərim də elə qeyri-adi deyil. Heç göydən ulduz gətirmək fikrində də deyiləm. Indi deyim də nə istəyirəm. (more…)

Qələm hara, şam hara?

Deyirlər “ilan ulduz görməsə ölməz”. Bizim bu cəmiyyətdə də elə adamlar var ki, onların səhvini üzünə deməsən narahat olurlar, mütləq nəsə edirlər ki, kim olduğunu deyəsən. İndi haqqını tələb edənə, düz danışana çox vaxt  ya demaqoq deyirlər, ya da dəli. Ona görə də çox adam elə harda nə istədilər, nə qədər istədilər verir ki, təki adına demaqoq, ya da dəli  deyilməsin. (more…)

Dəqiq, qərəzsiz və vicdanlı

yaxud “Sizin məşuqəniz varmı?”

Bu ölkədə ən kasıb insanın da cibində ən azı bir mobil telefon, evində isə köhnə də olsa bir televizor mütləq var. Bu ölkədə ən kasıb insan da əlinə imkan düşən kimi mütləq bir “tarelka” antenn alıb eyvanına bərkidir ki, canını milli məzhəkə televiziyalarından qurtarsın. Vay o adamların halına ki, bir “tarelka” almağa da imkanı çatmır. (more…)

Eybəcərlər anası – Azərbaycan

Onun zavallı balaları Xuraman Şuşalı, Ağamirzə, qələm əhli və s. (more…)

Telli Borçalıya ithaf

Bəlkə də çoxlarına elə gəlir ki, televiziya, mətbuat bu yazıq müğənnilərin qabırğasına o qədər döşəyib ki, daha deyilməmiş nəsə qalmayıb. Di gəl, bizim «səviyyə mücəssəməsi» olan manıslarımız o qədər rəngarəng, o qədər bitməz-tükənməz bir mövzudu ki, həmişə deyilməmiş, toxunmamış nəsə tapırsan. İstəməsən belə. (more…)

Nəzarətsiz qalan ekran və efir

Akademik Ramiz Mehdiyevin “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” adlı məqaləsindən sonra televiziya və radio sahəsindəki problemlərin aradan qalxacağını düşünürdük, amma ötən müddət ərzində dəyişməsi vacib olan bir çox şeyin dəyişməməsi, əksinə daha da pisləşməsi, əndazəni aşması bəzi telekanal rəhbərlərinin özlərini görməməzliyə, eşitməməzliyə vurduğunu, qulaqlarına da pambıq tıxadığını ehtimal etməyə əsas verir.

(more…)

Rza və Günel dastanı, yoxsa rəzalət?

Mən indiyədək elə bilirdim ki, təkcə torpaqlarımız işğal altındadır. Amma indi görürəm ki, yox işğal altında olan təkcə torpaqlarımız deyil, adət-ənənələrimiz, mənəviyyatımız da artıq işğal olunub. Amma mənəviyyatımızı işğal edən ermənilər deyil, müasirlik adlı cəfəngiyyatdır ki, ondan bir çoxları öz ədəbsizliyini, tərbiyəsizliyini ört-basdır etmək üçün qalxan kimi istifadə edir. (more…)

Şou, yoxsa sarı biznes?

Dünyanın qəribə işləri var. Dünən yuxu olan bu gün gerçəklikdir. Məsələn on il əvvəl heç kimin ağlına gəlməzdi ki, Azərbaycanda Bagira sözü bakirə sözünə sinonim olacaq, amma fələyin işinə bax ki, bu gün Bagiranın mətbuat katibi məhz bunu iddia edir. Hətta dediyinə görə, Bagira qardaşından çəkinirmiş, qardaşının xasiyyəti də ağır imiş. Qeyrətli olmaq belədir də, xasiyyəti götürmür, əsəbiləşir, bu yazıq da məcbur olub evdə uzun geyinir. Məncə hüquq müdafiə təşkilatları bununla bağlı ciddi məsələ qaldırmalıdırlar. Bir müğənni qardaşının qorxusundan evdə istədiyi kimi açıq-saçıq paltarda gəzə bilmir. Ortada bu boyda fakt var ikən necə laqeyd qalmaq olar axı? (more…)

Bizim “bakirə” müğənnilər

Azərbaycanda müğənnilik ən asan pul qazanmaq yoludur. Təbii ki, bu sənətə yalnız pul qazanmaq naminə gələnlər üçün. Belələri isə təəssüf ki, bu gün həddindən artıq çoxdur. Hətta o qədər çoxdurlar ki, əsl sənət nümayiş etdirənlər onların yanında barmaqla sayılacaq qədər azdır. Hər biri xarici markalı avtomobillərdə gəzir, şəhərin mərkəzində bahalı mənzillərdə kef çəkirlər. Bir də görürsən son dəbdə geyinmiş bir gədə Jeep-dən düşür, diqqətlə baxanda məlum olur ki, bu filan müğənninin qardaşıdır, beləsi özünü Azərbaycan dilində başa düşməyən kimi göstərdiyi üçün məcbur olub rusca soruşursan ki, “ay xoruz, sən axı küçədə it döyüşdürürdün, indi bu pul səndə hardandır belə maşın sürürsən”, qayıdıb nə desə yaxşıdır, “bacım sənəti ilə pul qazanıb maşın alıb verib mənə”. (more…)