‘Xəbər-ətər’ bölməsinin arxivi

İlqar Muradov konsertə hazırlaşır

Əməkdar artist İlqar Muradovun ilk konsertinin tarixi bəlli olub. Müğənninin bildirdiyinə görə, o, sentyabrın 20-25 tarixlərinin birində Yaşıl Teatrda çoxdan gözlənilən musiqili proqramını təqdim edəcək. «Konserti şou elementləri ilə zənginləşdirdik ki, proqram hamıya xoş gəlsin. (more…)

Samir Piriyev rəsmi nikaha niyə girmir?

İkinci dəfə ailə həyatı quran Samir Piriyev hələ də yeni həyat yoldaşı ilə rəsmi nikaha girməyib.  Müğənni özü də bu məlumatı təsdiqləyib. “İnşallah, 2 aya kimi Anara xanımla rəsmi nigahda olacağıq. Sadəcə olaraq, Türkiyədə işlərim var. Burada işlərimi yekunlaşdırdıqdan sonra rəsmi nigaha girəcəyik. Bu barədə, narahat olmağa dəyməz. (more…)

Abbas Bağırov da aparıcı olur

Müğənni Abbas Bağırov yeni mövsümdə yeni layihələr üzərində işləyəcək. Müğənni deyib ki, “Tamaşaçıların və dinləyicilərin rəğbətini qazanmışam. Amma hazırda istəyirəm ki, özümü aparıcı qismində də sınayım. (more…)

Aygün Bəylər arıqlayacaq

Ötən ilin dekabrında Can adlı qızını dünyaya gətirdikdən sonra, nəzərə çarpacaq şəkildə kökələn Azərbaycanın əməkdar artisti, muğam və estrada mahnılarının mahir ifaçısı Aygün Bəylər arıqlamağı qarşısına məqsəd qoyub.

(more…)

“Uşaq Eurovision”ununda azərbaycanlı aparıcı olacaq

Bu il noyabrın 20-də Minskdə keçiriləcək uşaqların “Eurovision” mahnı müsabiqəsinin aparıcıları bəlli olub. Belarus mətbuatının verdiyi məlumata görə, onların adları bu gün Minskdə düzənlənmiş mətbuat konfransında açıqlanıb.

(more…)

Sibel Can təhqir olundu

Məşhur türk müğənnisi Sibel Can ilə qızı Melisa arasında artıq çəki üstündə mübahisə yaranıb. Belə ki, Sibel Can birinci həyat yoldaşı Xaqan Uraldan olan qızı Melisanı həddindən artıq kökəldiyi üçün arıqlama düşərgəsinə göndərib. (more…)

Rəqsanə ağır vəziyyətdə reanimasiyada yatır

Müğənni Rəqsanə İsmayılovanın səhhətində ciddi problem yaranıb. Bu, ifaçısının sayca 10-cu plastik cərrahiyyə əməliyyatı keçirməsindən sonra baş verib. Rəqsanənin prodüsseri Təranə Səmədova bildirib ki, əməliyyat bu gün səhər Bakıdakı Xətai klinikasında keçirilib. (more…)

Fəxriyyə Xələfova ana olub

Yeni ana olan Fəxriyyə Xələfova ikinci dəfə də oğul anası olub. Azərbaycanın 1 nömrəli modelyeri  açıqlamasında qızının dünyaya gəlməsi barədə gəzən şayiələrə “Nuray” ətirlərinin satışa çıxarmasının səbəb olduğunu deyir: (more…)

Samir Bağırov klip çəkdirəcək

Müğənni Samir Bağırov repertuarında yer alan və son günlərin hit mahnısı “Son yarpaq” mahnısına klip çəkdirməyə hazırlaşır.  Müğənni deyib ki, “Mahnı həyatımdan bəhs edir, problemli günlərimi əks etdirir. İstəyirəm, klipi havalar soyuyanda çəkdirəm. Əsl payız havası olsun, yağış yağsın, külək əssin. (more…)

Pərviz Mahmudovdan xalq artistlərinə xəbərdarlıq

Gənc bəstəkar Pərviz Mahmudov populyar müğənnilərdən birinin bu günlərdə ondan mahnı aldığını, qonorar ödəməyə söz verdiyi halda sonradan ona “minnət” etdiyini deyib: “Mahnımı aldı, sonra da işçilərindən xəbər yolladı ki, minnəti olsun ki, onun mahnısını oxuyacam. (more…)

Səfurə Əlizadənin inadı qırıldı

Müğənni Səfurə Əlizadə Belorusun “CTV” telekanalının “Zvezdnıy rinq” adlı proqramına qatılıb.Gənc müğənni proqramda canlı ifadan boyun qaçırıb. Nina Boqdanova və şoumen Dmitriy Vranqelin təqdimat etdiyi proqramın çəkilişi artıq aparılıb. (more…)

Nüşabə ərə gedib?

Tanınmış müğənni Nüşabə Ələsgərli ərə gedib. Müğənni əslən Cənubi Azərbaycandan olan Rza adlı cangüdəni ilə ailə qurub. Müğənniyə yaxın olanların sözlərinə görə, onlar bu evlilik xəbərinin mətbuata sızmasının qəti əleyhinədirlər. Bu səbəbdən də nigah mərasimi bağ evində ən yaxın adamların iştirakı ilə keçirilib.

(more…)

Türk müğənni anasını bacı bilib

Məşhur türk müğənnisi Levent Yüksəl “Aləm FM”də qatıldığı proqramda dramatik anlarla dolu həyatından danışıb. Sənətçinin sözlərinə görə, illərlə bacı deyə çağırdığı qadının anası olduğundan çox gec xəbər tutub: “Antalyada 1964-cü ildə doğulmuşam. Ana-ata dediyim insanlar əslində babam və nənəm imiş. (more…)

Günay Musayeva “Ezel” serialında rol aldı

Türkiyədə model və teleaparıcı kimi fəaliyyət göstərən Günay Musayeva Türkiyənin “ATV” telekanalında yayımlanan “Ezel” serialında çəkilib. Bu barədə  açıqlama verən  model deyib ki, “Artıq xəbər verdiyim kimi, yaxın vaxtlarda yeni serialda aparıcı rollardan birində oynayacağam. Hələ də aktyor dərsləri alıram. (more…)

Hüseyn Dərya xanımı ilə dalaşdı

Reper Hüseyn Dərya ilə həyat yoldaşı Sona xanım arasında proqram çəkilişi sırasında qalmaqal baş verib. Reper duet ortağı, gənc müğənni Aynur ilə “Space” telekanalında yayımlanan “Olduğu kimi” verilişinin qonağı olub. Çəkiliş zamanı gözlənilmədən Sona xanım studiyada görünüb. Sənətçi ilə xanımı çəkiliş zamanı mübahisə ediblər. (more…)

Elza yenidən ana olacaq?

Müğənni Elza Seyidcahanın yenidən ana olmaq istədiyi haqqında xəbər yayılıb.  Xəbərə görə, müğənni 27 avqustda günorta saatlarında Akademik Mirqasımov adına Respublika xəstəxanasına gedib. Əməkdar artist USM-də müayinədən keçmək və yenidən ana olmaq üçün müalicə almaq istəyində olduğunu açıqlayıb.

(more…)

İradə klip çəkdirib

Muğənni İradə İbrahimovanın repertuarında yer alan «Bu aralar» mahnısına Türkiyədə klip çəkilib. Rejissoru türkiyəli Tamer Aydoğdu olan mahnının musiqi müəllifi Minayə xanım, sözləri isə Günel Sərdarqızına məxsusdur. Maraqlı kadrları özündə əks etdirən klip kinolentinə çəkilib.

(more…)

Aygün Namiqin qəlbində həmişə qalacaq

Namiq Qaraçuxurlu Aygün Kazımova ilə münasibətlərinə aydınlıq gətirib. Meyxanaçı bildirib ki, onun tərəfindən Ayğün Kazımovaya qarşı heç bir soyuqluq yoxdur: “Aygün Kazımova münasibətlərimizin soyumasından danışanda öz tərəfindən olan soyuqluğu nəzərdə tutur. Bilirsiniz, mən heç vaxt münasibətlərimizin dərinliklərini açmamışam. (more…)

Məşhur reper Bakıda avtomobil qəzası keçirdi

Reper Hüseyn Dərya avtomobil qəzası keçirib. Hadisə ötən gün protojesi olan gənc müğənni Aynurla səsyazma studiyasından qayıdarkən baş verib. Müğənni bildirib ki, “Bizim yol gəldiyimiz «Hummer» markalı maşın Aynura məxsusdur. (more…)

“Siqaramın dumanı sən”

Azərbaycanda ictimai yerlərdə siqaret çəkilməsinin qadağan olunmasına tərəfdar çıxanların sayı artır. Xatırladaq ki, hətta bununla bağlı Azərbaycan parlamentində ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoyacaq qanun layihəsi ətrafında müzakirələr də aparılıb.

(more…)

Kərim: “Türkiyədə möhtəşəm layihəm olacaq”

Müğənni Kərimin Türkiyə şou-biznesinə qatılmaq iddası həllinə yaxınlaşıb. Belə ki, hazırda Türkiyədə səfərdə olan müğənni qonşu dövlətə “həm ziyarət, həm də ticarət” məqsədi ilə gedib. Yay mövsümünün son günlərində Türkiyədə dincələn gənc müğənni musiqi şirkətlərindən biri ilə danışıqlar aparır. (more…)

Samir Bağırovun müraciəti

Narkotik asılılığından yenicə qurtulduğunu bildirən Samir Bağırov sanki həyata yenidən qayıtdığını deyir. Sənətçi  açıqlamasında narkotik istifadəçilərinə müraciət ünvanlamaq istədiyini bildirib:

(more…)

Rəqsanənin iddiası təmin edilmədi

Avqustun 31-də müğənni Rəqsanə İsmayılovanın “Azercell-Telekom” MMC və “Limon” MMC –yə qarşı qaldırdığı iddiaya baxılıb. Bakı Apelyasiya Məhkəməsində keçirilən prosesdə məhkəmə Rəqsanə İsmayılovanın birinci instansiya məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayətini təmin etməyib. Məhkəmə birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

(more…)

Zülfiyyə Xanbabayevanın mahnısı oğurlanıb

Azərbaycanın xalq artisti Zülfiyyə Xanbabayevanın vətənpərvər mahnılarından olan «Azərbaycan» tabasaran dilinə tərcümə edilərək əcnəbi sənətçilərin biri tərəfindən oxunub. Bu barədə Zülfiyyə Xanbabayevanın ətraflı məlumatı yoxdur. Mahnının ifaçısı isə nə «Azərbaycan»ın bəstəkarı olan Hüseyn Abdullayevdən, nə də ki Zülfiyyə xanımdan razılıq alıb.

(more…)

Bakıda Rok Festivalı keçiriləcək

Oktyabr ayının 16-da Bakıda “Payız Metalı” adlı beynəlxalq Rok festivalı keçiriləcək. Festivalda Rusiya, Ukrayna, Türkiyə və Gürcüstandan olan musiqi qrupları iştirak edəcək.  Təşkilatçıların  verdiyi xəbərə görə, qruplar arasında “Fatal Nation”, “Эдем”, “Death is Just The Beginning” və digərləri var. Azərbaycanı bu festivalda “The Midnight” qrupu təmsil edəcək.

(more…)

Zamiqə qarşı erməni təxribatı

Ermənistanın “Avroviziya-2008″ mahnı müsabiqəsindəki təmsilçisi Siruşo Azərbaycan müğənnisi Zamiq Hüseynovla duet yazdırıb. Bu barədə Zamiq  açıqlamasında məlumat verib. Belə ki, erməni ifaçısı Zamiqin “Uçduq” mahnısını ifa etməklə yanaşı, onun səsini saxlamaqla “duet” yazdırıb.

(more…)

Günel Zeynalova gözə gəlib

Türkiyənin yerli kanallarının birində müğənni Pətək Dinçözün təqdim etdiyi “Arım Balım Pətəyim” proqramına qonaq olan  Günel Zeynalova arzularından bəhs edib.  Türk mətbuatının verdiyi məlumata görə, Günel həyatındakı ən böyük arzusunun Həcc ziyarətinə getmək olduğunu bildirib.

(more…)